| Afrika baobabı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Malvidlər Dəstə: Əməköməciçiçəklilər Fəsilə: Əməköməcikimilər Yarımfəsilə: Bombakskimilər Triba: Adansoniyakimilər Cins: Adansoniya Növ: Afrika baobabı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Afrika baobabı (lat. Adansonia digitata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin adansoniya cinsinə aid bitki növü.
Böyük baobab (lat. Adansonia grandidieri) Madaqaskarda olan 6 növdəki baobab ağacının ən böyüyü və ən məşhurudur. Adansoniya cinsi altında nəsli təhlükə altında olaraq təsnif edilmişdir.
Növ Madaqaskar adası üçün endemikdir. Adansoniya adını isə ilk dəfə onu təsnif və tətqiq edən, Fransız bioloq Alfred Grandidier (1836-1921) xatirəsinə ithaf olunub. Hünürlüyü 18 m-dir. Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır. Ağacın budaqları yuxarıdan aşağıya doğru sallandığından isə qübbəvarı çətir əmələ gətirir.
Qabığından və yarpaqlarından "adasoniya" adı verilən qızdırma salan maddə əldə edilən baobabın odunundan da kağız emal olunur. Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub məmnuniyyətlə yeyilir. Uzunömrlülük sırasında bitkilər arasında ilk beşlikdə qərar tutub.
Sinonimləri
Homotipik sinonimləri
- Baobabus digitata (L.) Kuntze
Heterotipik sinonimləri
- Adansonia bahobab L.
- Adansonia baobab Gaertn.
- Adansonia integrifolia Raf.
- Adansonia kilima Pettigrew, K.L.Bell, Bhagw., Grinan, Jillani, Jean Mey., Wab
- Adansonia scutula Steud.
- Adansonia situla (Lour.) Spreng.
- Adansonia somalensis Chiov.
- Adansonia sphaerocarpa A.Chev.
- Adansonia sulcata A.Chev.
- Ophelus sitularius Lour.
Həmçinin bax
- Adansoniya
- Karl Linney tərəfindən adlandırılmış taksonlar
- 1753-cü ildə təsvir edilən bitkilər
- Meyvə ağacları
- Afrika florası
- Qida bitkiləri
- Karl Linney tərəfindən adlandırılmış botanika taksonları
