| Elşad Hüseynov | |
|---|---|
| Elşad Eynulla oğlu Hüseynov | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Xıl, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | 15 iyun 1992 (23 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | şəhid |
| Dəfn yeri | Xıl, Masallı rayonu, Azərbaycan |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
| Rütbəsi | |
| Döyüşlər |
|
| Təltifləri | |
Elşad Hüseynov (8 oktyabr 1968, Xıl, Masallı rayonu – 15 iyun 1992, Fərrux, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
1960-ci il 8 oktyabr Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979–1981-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Döyüşlərdə iştirakı
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam–Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Masallı rayonunun Xıl kəndində dəfn edilib.
Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.
Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.
Həmçinin bax
- Birinci Qarabağ müharibəsi
- Erməni terrorizmi
- Azərbaycanlıların Soyqırımı Günü
- Yaşayan insanlar
- 8 oktyabrda doğulanlar
- 1968-ci ildə doğulanlar
- 15 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 23 yaşında vəfat edənlər
- Xocalı rayonunda vəfat edənlər
- SSRİ baş çavuşları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Masallı rayonunda doğulanlar
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
