Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cəfərov Aslan Məmmədhüseyn oğlu (23 iyul 1973, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı.

Aslan Cəfərov

Vikipediya, azad ensiklopediya
Aslan Cəfərov
Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı
2010 2015
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1973(1973-07-23) (53 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Uşağı 4
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Cəfərov Aslan Məmmədhüseyn oğlu (23 iyul 1973, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı.

Həyatı

Aslan Cəfərov 1973-cü il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 4 övladı var.

Fəaliyyəti

Aslan Cəfərov 1992–1995-ci illərdə "Areal" Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse- prezidenti işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Katibliyində və İşlər İdarəsində mütəxəssis, 1998-ci ildən Azərbaycan Respublikası Ticarət Nazirliyinin Xarici departamentində aparıcı mütəxəssis, Ticarət, məişət və digər növ xidmət sahələrində qaydalara nəzarət üzrə dövlət müfəttişliyinin baş mütəxəssisi, şöbə müdiri, 2002-ci ildən İqtisadi İnkişaf Nazirliyinin Ekspertiza Mərkəzi direktorunun müavini, 2007-ci ildən İqtisadi İnkişaf Nazirliyi yanında İstehsal Bazarına Nəzarət üzrə Dövlət Xidməti rəisinin müavini vəzifələrində çalışmışdır. 2008–2010-cu illərdə "Diplomat-1" firmasının kommersiya direktoru olmuşdur.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Üst