Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid.

Məşədi Dadaş məscidi

  • Ana Səhifə
  • Məşədi Dadaş məscidi

Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid.

Məşədi Dadaş məscidi
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Nəsimi rayonu
Memar Məşədi Dadaş Məşədi Zülfüqar oğlu
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti stabil
40°22′57″ şm. e. 49°50′00″ ş. u.HGYO
Xəritə

Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub.

2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur.

Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.

Məscid əsasən 2002–2023-cü illərdə burada axund, imam-camaat və imam-cümə olaraq fəaliyyət göstərmiş Hacı Şahinin adı ilə birgə anılıb.

Mündəricat

Tarixi

Bir çox məscidlər kimi bu məscid adı onu tikən insanın — Məşədi Dadaşın adı ilə bağlıdır. XVIII əsrdə tikilən məscid təkiyyə məqsədilə tikilib (təkiyyə-İmam Hüseyn məclisləri təşkil olunan yer). Sonradan məscid kimi fəaliyyətə başlayıb. SSRİ dövründə zaman-zaman anbar, kitabxana, klub kimi işlədilib. Müstəqillik əldə edildikdən sonra yenidən fəaliyyətə başlayıb. 1990-cı ildə məscidin dini icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Həmçinin bax

  • Hacı Şahin
  • Xanım Fatimeyi-Zəhra məscidi
  • Hacı Cavad məscidi
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Nisbilik nəzəriyyəsi

  • Aprel 05, 2026

    Taleh Qaraşov

  • Aprel 28, 2026

    Oqtay Eloğlu

  • Aprel 15, 2026

    Əbdürrəhman Mələk

  • Aprel 05, 2026

    Anabadgədik dağı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst