Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirismayıl Mirəli oğlu Əliyev (1941, Dəstə, Ordubad rayonu) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri (1990–1991).

Mirismayıl Əliyev

Vikipediya, azad ensiklopediya
Mirismayıl Əliyev
Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri
1990 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1941(1941) (84–85 yaş)
Doğum yeri
  • Dəstə, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1991-ci ilədək)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1965)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni

Mirismayıl Mirəli oğlu Əliyev (1941, Dəstə, Ordubad rayonu) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri (1990–1991).

Həyatı

Mirismayıl Mirəli oğlu Əliyev 1941-ci ildə Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.

Orta təhsilini başa vurduqdan sonra "Lenin" adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış, 1961-ci ildə Bakı Kənd Təsərrüfatı Texnikumunu, 1965-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun İnşaat mühəndisliyi fakültəsini bitirmişdir. 1966-cı ildən "Azneft" İstehsalat Birliyinin Təmir-Tikinti Təsərrüfatı 3 №-li Tikinti Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin 5№-li trestində baş mühəndis, 1971-ci ildən isə 3 №-li trestdə idarə rəisi işləmişdir.

Mirismayıl Əliyev 1978-ci ildən Lenin Rayon XDS İK-nin, 1983-cü ildən Oktyabr Rayon XDS İK-nin, 1985-ci ildən Lenin Rayon XDS-nin sədri olmuş, 1988–1989-cu illərdə Bakı Şəhər Xalq Deputatları Soveti Baş Mənzil İdarəsi Tikinti Trestinin müdiri, 1990–1991-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikasının Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini təyin edilmiş, 1997-ci ildən "BP Xin-Plast" şirkətinin direktoru olmuşdur.

Mirismayıl Əliyev XII çağırış Azərbaycan Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü olmuşdur. "Lenin" ordeni və medallarla ilə təltif edilmişdir.

Üst