Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseyn Səlami (1 avqust 1960, Gülpayigan, İsfahan ostanı – 13 iyun 2025, Tehran) — İran hərbi lideri, general-mayor. İranın İnqilab Keşikçiləri Korpusunun rəisi

Hüseyn Səlami

Vikipediya, azad ensiklopediya
Hüseyn Səlami
fars. حسین سلامی
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı
21 aprel 2019 13 iyun 2025
ƏvvəlkiMəhəmməd Əli Cəfəri
SonrakıMəhəmməd Pakpur
Əhməd Vahidi (i. e.)
İslam İnqilabı Keşikçiləri Korpusu baş komandanının müavini
4 oktyabr 2009 21 aprel 2019
ƏvvəlkiMəhəmməd Hicazi[d]
SonrakıƏli Fədavi[d]
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı
21 yanvar 2006 4 oktyabr 2009
ƏvvəlkiMəhəmmədrza Zahidi
SonrakıƏmir Əli Hacızadə
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1960(1960-08-01)
Doğum yeri
  • Gülpayigan, Mərkəz bəxşi[d], Gülpayeqan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 13 iyun 2025(2025-06-13) (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi hava zərbəsi
Təhsili
  • İran Ali Milli Müdafiə Universiteti
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Dini şiəlik
Hərbi xidmət
Mənsubiyyəti İran
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Döyüşlər
Rütbəsi
  • general-leytenant
Təltifləri 1-ci dərəcəli "Fəth" ordeni — 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn Səlami (1 avqust 1960, Gülpayigan, İsfahan ostanı13 iyun 2025, Tehran) — İran hərbi lideri, general-mayor. İranın İnqilab Keşikçiləri Korpusunun rəisi (2019–2025).

Həyatı

Hüseyn Səlami 1960-cı ildə İranın İsfahan vilayətinin Gülpayigan şəhərində anadan olub.

1978-ci ildə İran Elm və Texnologiya Universitetində maşın mühəndisliyi üzrə təhsilə alıb. Lakin İran-İraq müharibəsi başlayandan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna qoşulub və müharibədən sonra təhsilini davam etdirib.

İran-İraq müharibəsi zamanı Salami İsfahanda İnqilab Keşikçiləri Korpusunun bölmələrində xidmət edib. O, 2005-ci ildə SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2009-cu ildə isə baş komandanın müavini təyin edilib.

Tehranda Ali Milli Təhlükəsizlik Universitetində də müxtəlif vəzifələrdə çalışıb.

2019-cu il aprelin 21-də İranın dini lideri Əli Xamenei tərəfindən SEPAH-ın komandanı təyin edilib. Xidməti dövründə ABŞ, İsrail və Səudiyyə Ərəbistanına qarşı sərt mövqeyi ilə diqqət çəkib.

Salami müxtəlif vaxtlarda ABŞ və BMT tərəfindən sanksiyalara məruz qalıb. O, 2006-cı ildə BMT Təhlükəsizlik Şurası, 2007-ci ildə isə ABŞ Maliyyə Nazirliyi tərəfindən İranın nüvə və ballistik raket proqramları ilə əlaqəsinə görə sanksiya siyahısına salınıb.

Üst