| Məlik Aram | |
|---|---|
II Dizaq məliyi | |
| 1744 – 1746 | |
| Əvvəlki | Məlik Yeqan |
| Sonrakı | Məlik İsay |
| Şəxsi məlumatlar | |
| Doğum yeri | Artu, Loru mahalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
| Vəfat tarixi | |
| Vəfat yeri | Tuğ |
| Dəfn yeri | Tuğ |
| Atası | Məlik Yeqan |
| Həyat yoldaşı | Gövhər xanım |
| Uşaqları | Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy |
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki.
Həyatı
Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür.
Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır.
Məlik Aram 1746-cı ildə vəfat etmişdir.
Ailəsi
Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı.
Həmçinin bax
- Dizaq mahalı
- Məlik Yeqan
- Məlik-Yeqanovlar
Kateqoriyalar:
- 1745-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Qarabağ tarixi
- Məlik-Yeqanovlar
- Dizaq məlikləri