Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu.Əslən Qazax mahalının Yuxarı Əskipara kəndindəndir.1899-cu ildə Xarkov universitetinin tibb fakü

Mustafa Şərifov

Vikipediya, azad ensiklopediya
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov
Doğum tarixi
Doğum yeri Şəki, Şəki qəzası
Vəfat tarixi (62–63 yaşında)
Vəfat yeri Bakı
Təhsili Xarkov Universiteti, 1899
Fəaliyyəti həkim

Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim.

Həyatı

Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu.Əslən Qazax mahalının Yuxarı Əskipara kəndindəndir.1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir.

M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir.

Mustafa Şərifov 1938-ci ildə vəfat edib.

Ailəsi

Azərbaycanın ilk arxeoloqu, ilk muzeyşünası, etnoqrafı, coğrafiyaşünası, Davud bəy Şərifovun əmisi oğludur.

Üst