Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.

Moranlı (Sabirabad)

39°47′11″ şm. e. 48°44′19″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Moranlı
39°47′11″ şm. e. 48°44′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabirabad rayonu
Əhalisi
Əhalisi 3.400 nəfər
Xəritəni göstər/gizlə
Moranlı xəritədə
Moranlı
Moranlı

MoranlıAzərbaycan Respublikasının Sabirabad rayonunun Moranlı kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası

Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala–Həşimxanlı kəndləri daxildir.

Əhalisi

3800 nəfər əhalisi var.

İqtisadiyyatı

Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir.

Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır.

Mədəniyyət

Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.

Üst