Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet.

Bəsirət (qəzet)

Vikipediya, azad ensiklopediya
Bəsirət
Format A3
Baş redaktor Hacı İbrahim Qasımov
Yaranma tarixi 14 aprel 1914
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 15 may 1920
Səhifə 4
Baş ofis
  • Bakı
Tiraj 286

"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet.

Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub.

Haqqında

Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub.Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub.

Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.

1918-ci il Mart soyqırımdan sonra Bəsirət qəzetinin çapı qadağan edilir. Qəzet 1918-ci ilin sentyabr ayında Bakı işğaldan azad olunandan sonra noyabr ayının 16-da yenidən fəaliyyətini bərpa edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşri bərpa olunub. Sovet işğalından sonra cəmi son 3 sayı çıxıb və qəzet 1920-ci il mayın 15-dən nəşrini dayandırıb.

Həmçinin bax

  • Gənclər yurdu
  • İstiqlal
  • Zənbur
Üst