Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şıxseyid Kərim oğlu Kərimov (4 oktyabr 1925, İsnov, Quba rayonu – 6 oktyabr 1995) — Azərbaycanlı dövlət xadimi, komsomol və partiya təşkilatçısı, Azərbaycan Kom

Şıxseyid Kərimov

Vikipediya, azad ensiklopediya
Şıxseyid Kərimov
Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi
1971 1973
ƏvvəlkiSadıq Murtuzayev
SonrakıNəzir Əhmədov
Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi
1966 1971
ƏvvəlkiMəmməd Orucov
SonrakıSadıq Səlimov
Azərbaycan Kommunist Partiyası Cəlilabad Rayon Komitəsinin birinci katibi
1960 1962
ƏvvəlkiAllahverdi İsayev
SonrakıƏli Əliyev
Azərbaycan Kommunist Partiyası Dəstəfur Rayon Komitəsinin birinci katibi
1953 1957
ƏvvəlkiSadıq Murtuzayev
SonrakıNəzir Əhmədov
Azərbaycan SSR Ali Sovetinin VI, VII və VIII çağırış deputatı
1963 1974
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1925(1925-10-04)
Doğum yeri
  • İsnov, Quba rayonu, Azərbaycan
Vəfat tarixi 6 oktyabr 1995(1995-10-06) (70 yaşında)
Fəaliyyəti dövlət xadimi, aqronom, alim
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
"Sosializm yarışı qalibi" döş nişanı

Şıxseyid Kərim oğlu Kərimov (4 oktyabr 1925, İsnov, Quba rayonu6 oktyabr 1995) — Azərbaycanlı dövlət xadimi, komsomol və partiya təşkilatçısı, Azərbaycan Kommunist Partiyası Quba, Daşkəsən, CəlilabadAbşeron rayon komitələrinin birinci katibi, Azərbaycan SSR-in Ali Soveti deputatı.

Həyatı

İlk illəri

Şıxseyid Kərimov 4 oktyabr 1925-ci ildə Quba rayonunun İsnov kəndində Bakıda neft buruqlarında fəhlə işləyən Kərim kişinin ailəsində doğulmuşdur. Orta təhsilini Zərqəva kənd orta məktəbində tamamlamış, erkən yaşlarında atasını itirdiyi üçün ağır maddi şəraitdə böyümüşdür.

1943-cü ildə könüllü olaraq orduya çağırılmış, 7 il sərhəd qoşunlarında xidmət etmişdir. 1947-ci ildə ordu sıralarında partiya sıralarına daxil olmuş, hərbi hissənin komsomol katibi vəzifəsinə seçilmişdir.

Siyasi fəaliyyəti

1950-ci ildə hərbi xidmətdən tərxis olunaraq Astaraxanbazar (indiki Cəlilabad) Rayon Komsomol Komitəsinin birinci katibi, sonra isə Xankəndidə Vilayət Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan KP MK-nın komsomol orqanları bölməsinin müdiri olmuşdur.

O, Sov.İKP MK yanında Ali Partiya Məktəbini (Moskva) və S. Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (Gəncə) bitirmiş, alim-aqronom ixtisasına yiyələnmişdir. 1953–1957-ci illərdə Dəstəfur (indiki Daşkəsən) Rayon Partiya Komitəsinin birinci katibi, 1960–1962-ci illərdə Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi, 1962–1966-cı illərdə Azərbaycan KP MK-nın Kənd Təsərrüfatı şöbəsinin müdiri olmuşdur.

1966–1971-ci illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olmuş, rayonda bağçılığın inkişafına, intensiv meyvəçiliyə, abadlıq-quruculuq işlərinə və sosial infrastrukturun yenilənməsinə böyük töhfələr vermişdir. 1971–1973-cü illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi olaraq sosial-iqtisadi həyatın canlanmasına rəhbərlik etmişdir.

Sonrakı illərdə Şıxseyid Kərimov Azərbaycan Təbiəti Mühafizə Komitəsi və Respublika Könüllü Balıqçılar və Ovçular Cəmiyyətində məsul vəzifələrdə çalışmışdır. VI, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Sov.İKP-nin XXII və XXIV qurultaylarının nümayəndəsi seçilmişdir.

Xatirəsi

Şıxseyid Kərimovun adı Quba şəhərində küçəyə verilmişdir.

Üst