| Araz Zərgər | |
|---|---|
| 39°34′07″ şm. e. 47°37′18″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Bala Bəhmənli bələdiyyəsi |
| Rəqəmsal identifikatorlar | |
| Nəqliyyat kodu | 19 |
![]() Araz Zərgər | |
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası
Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.
Araz Zərgər Bələdiyyəsi
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Zərgər Bələdiyyəsi təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 29.08.2024-cü il tarixində qəbul edilmişdir.
Araz Zərgər Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Araz Zərgər Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Araz Zərgər Bələdiyyəsinin 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə verilən Qərara əsasən bu Bələdiyyə Bala Bəhmənli Bələdiyyəsi ilə birləşmə niyyətini bildirib.
"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.1-ci bəndinə əsasən "3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi" yaradılmışdır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Füzuli rayonunun kəndləri
- Füzuli rayonu qaralamaları
