Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gövhərmülk Sultan 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Bülbül Xa

Gövhərmülk Sultan

Vikipediya, azad ensiklopediya
Gövhərmülk Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1468(1468)
Doğum yeri
  • Amasya ili, Türkiyə
Vəfat tarixi 1550(1550) (81–82 yaşında)
Vəfat yeri
Atası II Bəyazid
Anası Bülbül Xatun
Həyat yoldaşı Dukakinzadə Mehmed Paşa
Uşaqları Sultanzadə Əhməd bəy
Nəslişah xanım Sultan

Gövhərmülk Sultan (1468, Amasya ili1550, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.

Həyatı

Gövhərmülk Sultan 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə Bülbül Xatundur. Böyük qardaşı Şahzadə Əhmədin 1480-ci ildə Çorum sancaqbəyi təyin edilməsinin ardından o və bacıları analarıyla birlikdə qardaşının yanına göndərildi. Ancaq cəmi bir il sonra atası taxta çıxmış, əmisi Cem Sultanla taxta mübarizəsinə başlamışdı.

Gövhərmülk Sultan 1482-ci ildə atasının ən yaxın dəstəkçilərindən Ankara sancaqbəyi Dukakinzadə Əhməd Paşanın oğlu Mehmed Paşa ilə nigahlandı. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəld. Gövhərmülk Sultan 20 yanvar 1550-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Zal Mahmud Paşa məscidi yaxınlığında kürəkəni tərəfindən inşa edilən sübyan məktəbinin həyətinə dəfn edildi. Daha sonra vəfat edən qızı və kürəkəni də yanına dəfn edilmişdir.

Övladları

  • Sultanzadə Əhməd bəy (ö. 1537) — divan şairi olmuşdur.
  • Nəslişah xanım Sultan (ö. 1579) — Dukakinzadə İbrahim bəylə (ö. 1582) nigahlanmışdır.
Üst