Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qələbin şəlaləsi — Azərbaycanın Lerik rayonunda, Veri inzibati ərazi dairəsinin Qələbin kəndi yaxınlığında Veriçay üzərində yerləşən şəlalə. Talış dağlarında, P

Qələbin şəlaləsi

Vikipediya, azad ensiklopediya
Qələbin şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü 65–70 m
Çay Veriçay
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Lerik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qələbin şəlaləsi — Azərbaycanın Lerik rayonunda, Veri inzibati ərazi dairəsinin Qələbin kəndi yaxınlığında Veriçay üzərində yerləşən şəlalə. Talış dağlarında, Peştəsər silsiləsinin yamacında yerləşən şəlalə yuxarı, orta və aşağı olmaqla üç ayrı şəlalədən ibarətdir.

Şəlalə haqqında

Yuxarı Qələbin şəlaləsi

Yerləşdiyi ərazi dəniz səviyyəsindən təxminən 1000 metr hündürlükdə olan şəlalə üç ayrı şəlalədən ibarətdir: yuxarı, orta və aşağı. Aşağı Qələbin şəlaləsinin hündürlüyü 65–70 metr, Orta Qələbin şəlaləsinin hündürlüyü 10–15 metr, Yuxarı Qələbin şəlaləsinin hündürlüyü isə 35–40 metrdir. Yuxarı Qələbin şəlaləsi Cənubi Amerikada, Perunun San-Martin bölgəsində yerləşən Huacamaillo şəlaləsi ilə böyük vizual bənzərlik təşkil edir.

Həmçinin bax

  • Afurca
  • Mamırlı şəlalə (Qax)

Xarici keçid

İstinad

  1. Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013.
Üst