Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı – 28 yanvar 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Səfa Axundov

Vikipediya, azad ensiklopediya
Səfa Axundov
Səfa Fətulla oğlu Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyun 1958(1958-06-19)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 1992(1992-01-28) (33 yaşında)
Vəfat yeri
  • Şuşa, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Fətulla Axundov
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı28 yanvar 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.

Ailəsi

Evli idi, iki oğlu yadigar qaldı.

Döyüşlərdə iştirakı

Səfa Axundov ailəsi ilə

1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.

1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.

Həmçinin bax

  • Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması

Ədəbiyyat

  • Əbədiyyət yolçuları //Səhər.- 1992.- 27 noyabr.- S.2.
  • Əsgərov V. Axundov Səfa Fətulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.16–17.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27–28.
  • Qəhrəmanın büstü açılmışdır: [Cəlilabadda] //Azərbaycan.-1996.- 15 may.-S.3.
  • Mehdiyev S. Qorxmaz təyyarəçi //Odlar yurdu.- 1993.-11 fevral.- S.2.
  • Səfərli M. Qəlblərdə yaşayır: [Şəhid təyyarəçi haqqında]//Azərbaycan.- 1998.- 11 iyul.- S.3.
  • Süleymanov M. Sonuncu reys //Süleymanov M. Azərbaycanın səma şahinləri.- B., 1994.- S. 25.
  • Şahmar E. İgidə el ağlayar //Şahmar E. Kövrək məhəbbətim Qubadlı.- B., 1994.- S.141–146.
  • Zeynalov R. Axundov Səfa Fətulla oğlu: (1958–1992)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.11.
Üst