Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. T. Əhmədov 2021-ci ildə 90 yaşında koronavirusdan ölənə qədər qəzetin baş redaktoru olub.

Respublika qəzeti

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Respublika
Növ Gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzet
Format A2
Təsisçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Qəzetin redaksiya heyəti
Baş redaktor Hümbət Musayev
Yaranma tarixi 1990 (36 il əvvəl) (1990)
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 17 avqust 2025
Qiymət 40 qəpik
Səhifə 8
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 7-ci mərtəbə.
Tiraj 7262
respublika-news.az

Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti.

1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb.

1991-ci ildə "Həyat" qəzeti ilə birləşdirilib.

1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. T. Əhmədov 2021-ci ildə 90 yaşında koronavirusdan ölənə qədər qəzetin baş redaktoru olub. Son baş redaktoru 2021-ci ildən Hümbət Musayev olub.

20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi (Pİİ) və redaksiya kollektividir.

2025-ci ilin iyulunda Pİİ-nin tabeliyində olan "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Pİİ-nin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

"Respublika" qəzeti həmin ilin avqustun 17-dən fəaliyyətini dayandırıb. Baş redaktor H.Musayev yeni yaradılan "Xalq" qəzetində baş redaktorun müavini vəzifəsini icra etməyə başlayıb. "Respublika"nın əməkdaşları yeni yaradılan "Xalq" qəzetində işlə təmin olunub.

Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunurdu.

VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi idi.

Üst