Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Altay Tofiq oğlu Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi (2017-ci ildən), Avropa Gimnastika İttif

Altay Həsənov

  • Ana Səhifə
  • Altay Həsənov

Altay Tofiq oğlu Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi (2017-ci ildən), Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti (2002-ci ildən), 1-ci dərəcə dövlət müşaviri.

Altay Həsənov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi
Vəzifədədir
4 aprel 2017-ci ildən
Prezidentİlham Əliyev
Vitse-prezidentMehriban Əliyeva
Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini
18 may 2007 – 4 aprel 2017
Prezidentİlham Əliyev
16 yanvar 2013-cü ilədək Protokol xidməti rəisinin müavini — sektor müdiri
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1961(1961-02-04) (65 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d] (1980–1983),
  • Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi (1978–1980)

Təltifləri "Şöhrət" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20212021

Mündəricat

Həyat və fəaliyyəti

Altay Tofiq oğlu Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

  • 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
  • 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib.
  • 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
  • 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub.
  • 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib
  • 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
  • 2002-ci ildən etibarən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Altay Həsənova 22 iyun 2009-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə dövlət müşaviri, 18 iyun 2012-ci ildə 2-ci dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci ildə isə inzibati vəzifələrin ali təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Ailəsi

Ailəlidir, bir qızı, üç nəvəsi var.

Mükafatları

29 iyun 2015-ci ildə 2015 Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

4 fevral 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Yarasa

  • Mart 26, 2026

    Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)

  • Mart 26, 2026

    Azərbaycan bayrağı

  • Mart 31, 2026

    Instagram

  • Mart 26, 2026

    Polad

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst