Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Severlər sülaləsi (lat. Severi) — Roma imperiyasını idarə etmiş sülalələrdən biri. Severlər 193–235-ci illərdə hakimiyyətdə olublar. Sülalənin banisi Septimi Se

Sever sülaləsi

Vikipediya, azad ensiklopediya
Sever sülaləsi
Ölkə
Hissəsidir Yunan-Roma dövrü (Misir)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Severlər sülaləsi (lat. Severi) — Roma imperiyasını idarə etmiş sülalələrdən biri. Severlər 193–235-ci illərdə hakimiyyətdə olublar. Sülalənin banisi Septimi Sever hesab olunur.

İmperatorlar

Sever sülaləsinə mənsub imperatorlar bunlardır:

  • Septimi Sever
  • Karakalla
  • Geta
  • Makrin
  • Diadumenian
  • Helioqabal
  • Aleksandr Sever

Sülaləyə mənsub qadınlar

Onlar yalnız simvolik gücə malik olmayıb, real təsirə də malik idilər. Onlar propaqanda vasitəsilə senata, orduya və siyasətə təsir etməyi bacarırdılar. Lakin onların bu gücü sərhədsiz və müstəqil deyildi. Nüfuzları və legitimliklərinin böyük hissəsi qohumları olan imperatorlardan asılı idi. Yəni onların siyası nüfuzu imperator olan nəvə, oğul və s. ilə bağlı idi. Bu sülaləyə mənsub ən mühüm qadın fiqurlar bunlardır:

  • Yuliya Domna — Septimi Severin həyat yoldaşı və Qeta ilə Karakallanın anası.
  • Yuliya Soemiya — Helioqabalın anası və regenti.
  • Yuliya Mesa — Helioqabalın nənəsi.
  • Yuliya Mameya — Aleksandr Severin anası.
Üst