| Kazım Özalp | |
|---|---|
| türk. Kâzım Özalp | |
| |
Türkiyə Böyük Millət Məclisi sədri | |
| 26 noyabr 1924 – 1 mart 1935 | |
| Əvvəlki | Fəthi Okyar |
| Sonrakı | Əbdülxaliq Renda |
Milli Müdafiə naziri | |
| 10 yanvar 1922 – 22 noyabr 1924 | |
| Əvvəlki | - |
| Sonrakı | Fəthi Okyar |
| 1 mart 1935 – 18 yanvar 1939 | |
| Əvvəlki | Zəkayi Apaydın |
| Sonrakı | Naci Tınaz |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | dekabr 1880 |
| Vəfat tarixi | 6 iyun 1968 (87 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | İsmayıl Nazmi bəy |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Təltifləri | |
Kazım Özalp (türk. Kâzım Özalp; dekabr 1880 – 6 iyun 1968, Ankara) — Türkiyə hərbi və siyasi xadimi.
Bioqrafiyası
Osmanlı İmperiyasının Kosovo vilayətində, alban ailəsində doğulan Kazım Özalp təhsilini 1902-ci ildə Osmanlı Hərbi Məktəbində, 1905-ci ildə isə Ali Hərbi Məktəbdə başa vurub. 31 Mart hadisələrində fəal iştirak edən Kazım Özalp, Balkan müharibələrində Osmanlı qoşunlarının sərkərdəsi kimi xidmət göstərib. Birinci Dünya müharibəsi zamanı polkovnik rütbəsinə yüksələn sərkərdə, İzmirin yunan qüvvələri tərəfindən işğalına qarşı müqavimət hərəkatının təşkilatçılarından biri olub. İstiqlal savaşında müxtəlif cəbhələrdə döyüşən Kazım Özalp, Sakarya döyüşündəki uğurlarına görə 1921-ci ildə general rütbəsinə layiq görülüb. Şeyx Səid üsyanının yatırılmasından sonra Şərq İslahatı Hesabatının hazırlanmasında iştirak etmiş, Türkiyənin şərq vilayətlərində Baş Müfəttişliklərin yaradılmasını və bölgədəki kürd elitasının zərərsizləşdirilməsini təklif etmişdir.
Yeni qurulmuş Respublikanın ilk parlamentində Balıkəsir vilayətindən millət vəkili olan Kazım Özalp 1921-1925-ci illərdə, daha sonra 1935-1939-cu illərdə müxtəlif kabinələrdə Müdafiə naziri vəzifəsini icra edib. 1924-1935-ci illər ərzində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. 1950-ci ildə Van vilayətindən millət vəkili mandatını qazanıb. 1954-cü ildə siyasi fəaliyyətini dayandırıb. Bektaşi mərkəzlərinin (təkkələrin) bağlanması qərarına qarşı çıxdığı üçün bektaşi olduğu barədə şayiələr dolaşıb.
Kazım Özalp xatirələrini "Milli Mücadilə" adlı kitabında qələmə alıb. 1968-ci il iyunun 6-da Ankarada vəfat edib. Nəşi Dövlət Məzarlığına köçürülüb.
- 1880-ci ildə doğulanlar
- 6 iyunda vəfat edənlər
- 1968-ci ildə vəfat edənlər
- 87 yaşında vəfat edənlər
- Ankarada vəfat edənlər
- Türkiyə dövlət qəbiristanlığında dəfn olunanlar
- Cümhuriyyət Xalq Partiyasının üzvləri
- Monastır Hərbi Ali Məktəbinin məzunları
- Məcidiyə ordeni laureatları
- Osmanlı imperiyasının "İmtiyaz" medalı ilə təltif edilənlər
- Osmanlı imperiyasının "Ləyaqət" medalı ilə təltif edilənlər
- Osmanlı imperiyasının "Hərb" medalı ilə təltif edilənlər
- "Dəmir xaç" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Türkiyə milliyyətçiləri
- TBMM II çağırış deputatları
- TBMM IV çağırış deputatları
- TBMM V çağırış deputatları
- TBMM VI çağırış deputatları
- TBMM VII çağırış deputatları
- TBMM VIII çağırış deputatları
- TBMM IX çağırış deputatları
- TBMM I çağırış deputatları
- Türkiyə Böyük Millət Məclisinin sədrləri
- Türkiyənin milli müdafiə nazirləri
- Osmanlı siyasətçiləri
- Albaniyaəsilli Türkiyə şəxsləri
