Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində)

Telavi qəzası

41°55′ şm. e. 45°29′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Telavi qəzası

41°55′ şm. e. 45°29′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Telavi
Tarixi və coğrafiyası
Yaradılıb 1801
Sahəsi
  • 2.974,5 kvadrat verst
Əhalisi
Əhalisi
  • 66.767 nəf. (1897)
Telavi qəzası xəritədə

Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiyaTiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi.

Əhalisi

Tiflis quberniyasının etnik xəritəsi, 1886-cı il əhalinin kameral sayımına əsasən

1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılar, 132 nəfərini isə almanlar təşkil edirdi.

1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı. Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı.

Həmçinin bax

  • Abanisxevi
  • Abano
Üst