| Almalı | |
|---|---|
| 41°20′29″ şm. e. 46°45′33″ ş. u.HGYO | |
| Ölkə |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Almalı | |
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. Digər məlumata görə isə Qərbi Azərbaycandan köç etmiş tərəkəmə tayfalarıdır.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşayır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir.
Toponimikası
Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nüyü (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux r-nundan gəlmiş ailələr tərəfindən salınmışdır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Qax rayonu qaralamaları
- Kənd qaralamaları
- Qax rayonunun kəndləri
