Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024).Azərbaycan Milli Məclisi

Şahin Seyidzadə

Vikipediya, azad ensiklopediya
Şahin Seyidzadə
Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış, VII çağırış deputatı
10 mart 2020 – 17 mart 2022 23 sentyabr 2024
Seçki dairəsi2020 — 50 saylı Abşeron-Qobustan
2024 — 87 saylı Qobustan-Şamaxı-İsmayıllı
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
2022 2024
Şəxsi məlumatlar
Doğum adı Şahin Kamil oğlu Seyidzadə
Doğum tarixi 15 aprel 1978(1978-04-15) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı
seyidzade.az

Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024).Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı

Həyatı və təhsili

Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya ixtisası üzrə bakalavr pilləsini, 1999-2001-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin həmin ixtisas üzrə magistr pilləsini bitirib. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb. 2006-2007-ci illərdə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illər ərzində İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb. 2026-ci ildən bu günə kimi – Warwick Business School, MBA təhsilini davam etdirir.Ailəlidir, üç övladı var. İngilis və rus dillərində sərbəst danışa bilir.

İctimai fəaliyyəti

  • 1999–2019-cu illər ərzində 50-dən artıq müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri;
  • 2012-2015-ci illərdə MDB iştirakçısı olan dövlətlərin Gənclərin məsələləri üzrə şurasının üzvü;
  • 2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub;
  • 2012-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü;
  • 2019-2022-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri;
  • 2022-2024-cü illərdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvü olub.
İlham Əliyev Şahin Seyidzadəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Əmək fəalliyəti

Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb. 2006-2012-ci illərdə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə, 2012-2016-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, 2015-2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH" qrupları İcra Komitəsinin rəhbəri olub. 9 fevral 2020-ci il 3 mart 2022-ci il 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub. 3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. 2024-cü il oktyabrın 8-də Azərbaycan — Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Pedaqoji fəaliyyəti

Azərbaycan Dövlət İqtisad Universiteti (2008–2010), Azərbaycan Dövlət Pedaqoji Universitetində (2020–2022) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Mükafatları

28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 noyabr tarixli 849 nömrəli Fərmanı ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Üst