Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəl

Şərqiyyə Hüseynova

Vikipediya, azad ensiklopediya
Şərqiyyə Hüseynova
Hüseynova Şərqiyyə Qurban qızı
Doğum tarixi 12 fevral 1947(1947-02-12) (79 yaş)
Doğum yeri Bakı
Uşağı Mehriban (1971-2014)
Fəaliyyəti diktor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006).

Həyatı

Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan.

4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir.

Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.

Filmoqrafiya

  1. Qoy oturmuşuq (veriliş, 2007)
Üst