Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Taleh Asif oğlu Nəsibov (19 iyun 1985, Bakı) — Zirə futbol klubunun prezidenti (2020), Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidenti (2019), Azfar Group

Taleh Nəsibov

Vikipediya, azad ensiklopediya
Taleh Asif oğlu Nəsibov
Taleh Asif oğlu Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi 19 iyun 1985(1985-06-19) (41 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Beynəlxalq Universiteti

Taleh Asif oğlu Nəsibov (19 iyun 1985, Bakı) — Zirə futbol klubunun prezidenti (2020), Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidenti (2019), Azfar Group şirkətinin direktoru (2013).

Həyatı

Taleh Asif oğlu Nəsibov 19 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. 1991–2003-cü illərdə S. Cəfər Pişvəri adına humanitar fənlər gimnaziyasında orta təhsilini almışdır. 2003–2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində ali təhsil almışdır. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir.

Fəaliyyəti

2010–2013-cü illərdə STARK CLS MMC — direktor vəzifəsində işləmişdir.

2013-cü ildən Azfar Group şirkətində direktordur.

2019-cu ildən Azərbaycan Minifutbol Fedrasiyasının vitse-prezidentidir.

2020-ci ildən Zirə FK prezidenti vəzifəsində çalışır.

Taleh Nəsibov Türkiyə və Rusiyada bir sıra beynəlxalq menecement seminarlarında iştirak edib.

2010-cu ildə Türkiyənin İzmir şəhərində dünyada menecment, effektiv satış, biznesin uğurlu aparılması və şəxsi potensial inkişafı sahələrində ən uğurlu biznes-seminarında iştirak edib və sertifikata yiyələnib.

Taleh Nəsibovun prezidenti olduğu Zirə FK 2021/2022-ci mövsümündə ölkə çempionatının bürünc, ölkə kubokunun isə gümüş medallarını qazanmağa nail olub.

2022-ci ilin iyun ayında Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında iştirak edən milli komandamız tarixi uğura imza atıb. Minifutbolçularımız finalda 6 qat Avropa çempionu Rumınya seçməsinə qalib gələrək Azərbaycan idman tarixində ilk dəfə olaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 2022-ci ilin ən fəal federasiyası seçilərək Taleh Nəsibova mükafat təqdim olunub.

İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən minifutbol üzrə milli komanda 2022-ci ilin ən yaxşı millisi adına layiq görülüb.

Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin yekunlarına aid keçirdiyi sorğuya əsasən minifutbol üzrə millli komanda ilin ən yaxşı kollektivi nominasiyasında mükafatlananlar sırasında ikinci olub.

Üst