| Nəcəf Murquzov | |
|---|---|
| Nəcəf İsmayıl oğlu Murquzov | |
| Doğum tarixi | |
| Doğum yeri | Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vətəndaşlığı | |
| Elm sahəsi | fizika-riyaziyyat |
| Elmi dərəcəsi | elmlər doktoru |
| Elmi adı | professor |
| İş yeri |
|
| Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
| Mükafatları | |
Nəcəf İsmayıl oğlu Murquzov — alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Gəncə Dövlət Pedaqoji İnstitutunun "Riyaziyyatın tədrisi metodikası" kafedrasının müdiri (1978–1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür. Mirzəli Murquzovun qardaşıdır.
Həyatı və elmi-pedaqoji fəaliyyəti
Nəcəf İsmayıl oğlu Murquzov 1930-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
1954–1959-cu illərdə Zaqatala rayonunun Muxax kənd orta məktəbində, Gəncə şəhərindəki 8 nömrəli məktəbdə müəllim işləmişdir. Şəhər 19 saylı internat məktəbində müəllim, 5 nömrəli internat məktəbində (Gəncə) təlim-tərbiyə işləri üzrə direktor müavini (1962–1971) vəzifələrində çalışmışdır.
Gəncə dövlət Pedaqoji İnstitutunun Riyaziyyatın tədrisi metodikası kafedrasında müəllim (1971–1976), baş müəllim (1976–1978) və kafedra müdiri (1978–1995) vəzifələrində çalışmışdır. 1980-ci ildə dosent, 1983-cü ildə professor elmi adı almışdır.
"Riyaziyyatın tədrisi metodikası" ixtisasında respublikanın qərb bölgəsi üzrə ilk professor olmuşdur. Gəncə şəhəri üzrə Gənc riyaziyyatçılar məktəbinin ilk yaradıcılarından biri olmuş və həmin məktəbin rəhbəri kimi uzun müddət fəaliyyət göstərmişdir.
1995-ci ildə vəfat etmişdir.
Təltif və mükafatları
"Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və digər medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
- 13 apreldə doğulanlar
- 1930-cu ildə doğulanlar
- 1995-ci ildə vəfat edənlər
- Gəncə Dövlət Universitetinin müəllimləri
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "X beşillik zərbəçisi" döş nişanı ilə təltif edilənlər
- Azərbaycan SSR qabaqcıl maarif xadimləri
- Əlifba sırasına görə alimlər
- Fizika-riyaziyyat elmləri doktorları
- Professorlar
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Qazaxda doğulanlar