| Əbülfərəc İsfahani | |
|---|---|
| ərəb. علي بن الحُسين بن مُحمَّد بن أحمد بن الهيثم المرواني الأُموي | |
| |
| Doğum tarixi | 897[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 20 noyabr 967 (69–70 yaşında) |
| Vəfat yeri |
|
| Tanınmış yetirmələri | Darəqutni |
Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli şiə tarixçi, ərəb ədəbiyatçısı və musiqişünas
Həyatı
Əbülfərəc İsfahani hicri 284-cü ildə İsfahan şəhərində dünyaya gəlmişdir. O, Bağdad şəhərində böyümüş və oranın böyük alimlərindən bəhrələnmişdir. Nəsli Əməvilər sülaləsindəndir.
Yaradıcılığı
Onuncu yüzilliyin görkəmli ərəb tarixçisi, ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" (əl-Əğani) Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır.
Onun "Məqatilut-talibin" əsəri də ən məşhur tarix əsərlərindən biridir. Bu tarix kitabında qətlə yetirilən Əbu Talibin və İmam Əli ibn Əbu Talibin nəsli araşdırılır.
Kitabları
Azərbaycan dilində
- Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5
- Əbulfərəc əl-İsfahani. Nəğmələr kitabı. Bakı, "Elm", 1994. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva)
- Əbdülfərəc əl-İsfahani. "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998. (Ərəb dilindən tərcümə və şərhlər Gövhər Baxşəliyeva)
- Əbülfərəc İsfahani. Ölməzliyə aparan yol. Bakı, Adiloğlu, 2010, 156 səh. (Ərəb dilindən tərcümə, tədqiqat, şərh və qeydlər Gövhər Baxşəliyeva)
Rus dilində
- Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе по прозвищу Меджнун и арабоязычных азербайджанских поэтах. Баку, Элм, 2006, 374 стр.
- 897-ci ildə doğulanlar
- İsfahanda doğulanlar
- 20 noyabrda vəfat edənlər
- 967-ci ildə vəfat edənlər
- Bağdadda vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- X əsr şəxsləri
- Ərəb tarixçilər
- IX əsr şairləri
