Hərbi doktrina — dövlətin müdafiə sahəsindəki siyasətinə dair bəyannamədir (Doktrina).
Hərbi doktrina — hərbi quruculuğun istiqamətini, dövlətin, cəmiyyətin və silahlı qüvvələrin müharibəyə hazırlanmasını, onun aparılma üsul və formalarını müəyyən edən rəsmi baxışlar və müddəalar sistemidir. Hərbi doktrinanın əsas müddəaları siyasətdən, ictimai quruluşdan, istehsal qüvvələrinin inkişaf səviyyəsindən, yeni elmi nailiyyətlərdən və gözlənilən müharibənin xarakterindən asılı olaraq formalaşır və dəyişir.
Tərif
"Müdafiə təhlükəsizliyi" anlayışı "Hərbi təhlükəsizlik" anlayışından daha genişdir. O, təkcə hərbi deyil, həm də iqtisadi, informasiya və digər amilləri nəzərə almaqla bütün dövlətin səyləri ilə təmin edilir.
Doktrinal məsələlər bu və ya digər şəkildə müxtəlif sənədlərdə öz əksini tapır:
- Konstitusiya;
- Milli təhlükəsizlik konsepsiyası;
- Xarici siyasət konsepsiyası;
- Sülh dövrü və Müharibə dövrünə aid müxtəlif qanunvericilik sənədləri ("Təhlükəsizlik haqqında", "Müdafiə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və s. qanunlar);
- Döyüş və ümumi hərbi sənədlərdə.
Mühüm doktrinal məsələlər hərbi (müdafiə) doktrinasının əsaslarında cəmləşir, məsələn:
- Təhlükəsizliyə qarşı təhdidlər və onlardan irəli gələn müdafiə vəzifələri;
- Hərbi (müdafiə) doktrinasının siyasi və hüquqi əsasları;
- Hərbi (müdafiə) doktrinasının hərbi-strateji əsasları;
- Hərbi (müdafiə) doktrinasının hərbi-iqtisadi və hərbi-texniki əsasları.
Dövlətdə qəbul edilmiş rəsmi baxışlar sistemi kimi hərbi doktrinalar hər bir dövlətdə mövcuddur.
Biblioqrafiya
- Chapman, Bert, Military Doctrine: A Reference Handbook (ingilis), ABC-CLIO, 2009, ISBN 9780313352331, İstifadə tarixi: 16 aprel 2021
- Austin Long. The Soul of Armies: Counterinsurgency Doctrine and Military Culture in the US and UK. Cornell University Press, 2016.
- NSA, (NATO STANDARDIZATION AGENCY), AAP-6(V) NATO Glossary of Terms and Definitions (PDF) (ingilis), 2013, 18 iyul 2018 tarixində (PDF), İstifadə tarixi: 16 aprel 2021
- Christopher P. Twomey. The Military Lens: Doctrinal Difference and Deterrence Failure in Sino-American Relations. Cornell University Press, 2010.
- Tarix
- Robert M. Cassidy. Peacekeeping in the Abyss: British and American Peacekeeping Doctrine and Practice after the Cold War. Westport, CT–London: Praeger, 2004.
- Aaron P. Jackson. The Roots of Military Doctrine: Change and Continuity in Understanding the Practice of Warfare. Fort Leavenworth, KS: Combat Studies Institute Press, 2013.
- Elizabeth Kier. Imagining War: French and British Military Doctrine between the Wars. Princeton University Press, 1998 (reprint 2017).
- Matthias Strohn. The German Army and the Defence of the Reich: Military Doctrine and the Conduct of the Defensive Battle 1918-1939, 2nd revised edn. Cambridge University Press, 2017.
- Sovet
- Willard C. Frank and Philip S. Gillette, eds. Soviet Military Doctrine from Lenin to Gorbachev, 1915-1991. Greenwood Press, 1992.
- Raymond L. Garthoff. Deterrence and the Revolution in Soviet Military Doctrine. Brookings Institution Press, 1990.
- Odom, William E. "Soviet Military Doctrine". Foreign Affairs. 67 (2). 1988: 114–134. doi:10.2307/20043776. JSTOR 20043776.
- Harriet Fast Scott and William F. Scott. The Armed Forces of the USSR. Westview Press, 1979.
- Harriet Fast Scott and William F. Scott. Soviet Military Doctrine: Continuity, Formulation, and Dissemination. Westview Press, 1989.
- Hərbi doktrinalar
- Hərb elmi
- Doktrinalar
- Hərbi hüquq