| Yefim Qurviç | |
|---|---|
| |
| sentyabr 1962 – 26 dekabr 1986 | |
| Əvvəlki | Xasay Vəzirov |
| Sonrakı | Rafiq Zeynalov |
| 23 may 1942 – iyul 1958 | |
| Əvvəlki | Vasili Xaldeyev |
| Sonrakı | Xasay Vəzirov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1917 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 12 fevral 1987 (69–70 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | jurnalist |
| | |
| Təltifləri | |
Yefim Qriqoryeviç Qurviç (1917, Bakı – 12 fevral 1987, Bakı) — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1986).
Həyatı
Yefim Qriqoryeviç Qurviç 1917-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada almış və 1932-ci ildə əmək fəaliyyətinə başlamışdır. Bir neçə il həmkarlar ittifaqı təşkilatlarında — Azərbaycan Həmkarlar İttifaqları Şurasında, Kooperativ və Dövlət Ticarəti İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində, Dənizçilərin Həmkarlar İttifaqının Hövzə Komitəsində müxtəlif texniki işlərdə çalışmışdır.
1935-ci ildə komsomol üzvlüyünə qəbul edilmiş, 1936-cı ilin sentyabr ayında "Molodyoj Azerbaydjana" komsomol qəzetinin redaksiyasına işə girmişdir. O, əvvəlcə burada ədəbi işçi, ardınca məsul katib olmuş, bir müddət sonra isə "Vışka" qəzeti redaksiyasında işləmişdir. 1939-cu ilin mart ayından Azərbaycan Teleqraf Agentliyində (Azərinform) ədəbi işçi, şöbə müdiri, direktor müavini, sonra isə direktor vəzifəsində çalışmışdır.
Yefim Qurviç 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, yeddi çağırış (4-cü, 6–11-ci çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar jurnalisti" və "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür.
Yefim Qurviç 12 fevral 1987-ci ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
- 1917-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 12 fevralda vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Azərbaycan SSR əməkdar jurnalistləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan jurnalistləri
- Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəhbərləri
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan yəhudiləri
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
