Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

XVideos (XVIDEOS kimi stilizə edilib) — pornoqrafik video paylaşmaq və izləmək üçün veb saytıdır. 2007-ci ildə Parisdə əsası qoyulan vebsayt hazırda Çexiya şirk

XVideos

  • Ana Səhifə
  • XVideos

XVideos (XVIDEOS kimi stilizə edilib) — pornoqrafik video paylaşmaq və izləmək üçün veb saytıdır. 2007-ci ildə Parisdə əsası qoyulan vebsayt hazırda Çexiya şirkəti WGCZ Holding-də qeydiyyatdan keçib. 2022-ci ilin noyabr ayına olan məlumata görə, ən çox ziyarət edilən pornoqrafik vebsayt və dünyada ən çox ziyarət edilən 11-ci vebsaytdır.

XVideos
Loqonun şəkli
Qeydiyyat səhifəsi / əsas giriş
Qeydiyyat səhifəsi / əsas giriş
Tipi Pornoqrafik video paylaşma
Dilləri İngilis, Çin, Çex, Holland, Fransız, Hind, İtalyan, Yapon, Portuqal, Rumın, İspan, Afrikaans və s.
Serverin yeri
  • Çexiya
Açılma tarixi 1 mart 2007
Alexa reytinqi
  • 21 (2023)

WGCZ Holding həmçinin Bang Bros, DDF Network, Penthouse jurnalı, Private Media Group və Erogames-in sahibidir və Legal Porno brendi altında toplanan məhsullarda nəzarət payına sahibdir.

Mündəricat

Tarixi

XVideos 2007-ci ildə Parisdə fransız sahibi Stefen Mişel Pakaud tərəfindən təsis edilib. YouTube istifadəçilərinə ümumi məzmuna giriş icazəsi veriyi kimi, XVideos da həmçinin pornoqrafik media aqreqatoru kimi yetkin məzmunlara giriş xidmətini təmin edir. Həvəskarlar həm peşəkar həm də həvəskar video klipləri qarışdıra bilirlər. 2012-ci ilə qədər XVideos, ayda 100 milyarddan çox səhifə baxışı ilə dünyanın ən böyük porno veb-saytı idi. MindGeek-in sahibi Fabian Taylmann 2012-ci ildə pornoqrafik kanal saytlarının monopoliyasını yaratmaq üçün XVideos-u almağa cəhd etdi. Lakin XVideos-un fransız sahibi 120 milyon ABŞ dollarından çox təklifi rədd etdi: "Bağışlayın, mən gedib Diablo II oynamalıyam." 2014-cü ildə XVideos mübahisəli şəkildə məzmun yaradıcılarını öz hesablarında videoları silmək hüququndan imtina etməyə söz verməyə əks halda hesablarının dərhal bağlanacağı ilə hədələməyə cəhd göstərdi.

Veb trafiki və sıralaması

2021-ci ilin avqust ayına olan məlumata görə, XVideos ən çox ziyarət edilən porno veb saytı və SimilarWeb tərəfindən sıralandığı kimi dünyada ən çox ziyarət edilən yeddinci vebsayt idi.

WGCZ Holdinqə məxsus başqa sayt olan XNXX, ümumilikdə onuncu ən çox ziyarət edilən vebsaytdır və yetkinlər kateqoriyasında ikinci ən çox ziyarət edilən vebsaytdır. Həm XVideos, həm də XNXX 2021-ci ildə virtual reallıq videoları üçün dünyanın ən çox ziyarət edilən veb-saytları idi.

Həmçinin bax

  • Ən çox ziyarət edilən saytların siyahısı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Böyük ipək yolu

  • Mart 30, 2026

    Masturbasiya

  • Mart 28, 2026

    Qaraqan

  • Mart 26, 2026

    Azərbaycanın Milli Qəhrəmanı

  • Mart 26, 2026

    Quran

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst