Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mirbəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət He

Mirbəşir Qasımov

Vikipediya, azad ensiklopediya
Mirbəşir Qasımov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
21 iyul 1938 – 23 aprel 1949
Əvvəlkivəzifə təsis edilib
SonrakıNəzər Heydərov
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
iyun 1937 – 18 iyul 1938
ƏvvəlkiQəzənfər Musabəyov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan SSR xalq ictimai təminat komissarı
19 yanvar 1935 – iyun 1937
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini
1931 – 1935
SədrSultanməcid Əfəndiyev
may 1921 – 1924
SədrSəməd ağa Ağamalıoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1879(1879)
Doğum yeri
Vəfat tarixi 23 aprel 1949(1949-04-23) (69–70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Partiya
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası (1905–1917),
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1917–1949)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1943 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Qırmızı əmək bayrağı" ordeni — 1932
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirbəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949).

Həyatı

Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu.

Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı.

Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub.

Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib.

1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.

Üst