Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

O, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir. Qüdrət Əbdülsəlimzadə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dər

Qüdrət Əbdülsəlimzadə

Vikipediya, azad ensiklopediya
Qüdrət Əbdülsəlimzadə
Şəxsi məlumatlar
Vəfat tarixi 13 oktyabr 2016(2016-10-13)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti alim

Qüdrət Əbdülsəlimzadə (v. 13 oktyabr 2016, Bakı) — alim, professor.

Həyatı

O, Qərb və Bakı Biznes universitetlərində iqtisadiyyatdan dərs demişdir. Qüdrət Əbdülsəlimzadə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dərs zamanı auditoriyada vəfat etmişdir.

Siyasi fəaliyyəti

Qüdrət Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır.

O, Bakı Metropolitenində də rəhbər vəzifədə çalışmış və daha sonra pedoqoji fəaliyyətə keçmişdir.

Kitabları

  • "İqtisadi nəzəriyyə"
  • "İqtisadiyyat"
  • "İqtisadi fikir tarixi"
  • "İqtisadi nəzəriyyə-ekonomiks"
  • "Mikro-iqtisadiyyat"
  • professor İnqilab Əlibəyovla bir yerdə yazdıqları "İqtisadi tarix".
Üst