| Əlipənah Abbasov | |
|---|---|
| Əlipənah Bəhmən oğlu Abbasov | |
| Doğum tarixi | |
| Doğum yeri | Cəlilabad rayonu, Üçtəpə, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Elmi dərəcəsi |
|
Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993).
Həyatı
Əlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.
Tədqiqatları
Tədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir.
Həmçinin bax
- Elmira Vəliyeva
- Nizami Cəfərov (geoloq)
- Şamil Əzizbəyov
- 20 martda doğulanlar
- 1954-cü ildə doğulanlar
- 42 yaşında vəfat edənlər
- 21 fevralda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Geologiya-mineralogiya elmləri doktorları
- Əlifba sırasına görə alimlər
- Cəlilabad rayonunda doğulanlar
- Bakıda vəfat edənlər