| Əkbər Haşimi Rəfsəncani | |
|---|---|
| fars. اکبر هاشمی رفسنجانی | |
| |
| 17 avqust 1989 – 2 avqust 1997 | |
| Əvvəlki | Əli Xamenei |
| Sonrakı | Məhəmməd Hatəmi |
| 15 avqust 1983 – 8 yanvar 2017 | |
| 4 oktyabr 1989 – 8 yanvar 2017 | |
| Əvvəlki | Əli Xamenei |
| Sonrakı | Mahmud Haşimi Şahrudi[d] |
| 25 iyul 2007 – 8 mart 2011 | |
| Əvvəlki | Əli Meşkini |
| Sonrakı | Məhəmmədrza Məhdəvi |
| 28 iyul 1980 – 3 avqust 1989 | |
| Sonrakı | Mehdi Kərrubi |
| 6 noyabr 1979 – 12 avqust 1980 | |
| Sonrakı | Məhəmmədrza Məhdəvi |
| 28 may 1980 – 3 avqust 1989 | |
| Seçki dairəsi | Tehran, Rey, İslamşəhr, Şemiranat və Pərdis[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 25 avqust 1934[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 8 yanvar 2017[…] (82 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, yazıçı, sahibkar, axund, ruhani[d] |
| Həyat yoldaşı |
|
| Dini | şiəlik |
| Hərbi xidmət | |
| Qoşun növü | İran Silahlı Qüvvələri |
| Döyüşlər | |
| | |
| Təltifləri | |
![]() | |
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d]) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür.
Həyatı
Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi.

İranın dördüncü prezidenti vəzifəsində çalışıb.
Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə İranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi. Ustadı Xomeyni kimi o da mühafizəkar mövqe tutdu və Rza Şah Pəhləvinin müasirlik siyasətinə qarşı çıxdı. Xomeyni 1964-cü ildə ölkədən qovuldu. Islam inqilabına qədər Rəfsancani 15 il içində 5 dəfə həbs edildi.
1979-cu ildə inqilab nəticəsində şah çevrildi və Xomeyni ölkəyə qayıtdı. Rəfsəncani onun ən yaxın adamlarından biri oldu və siyasi karyerasında yüksəliş başladı. Islam Partiyasının qurulmasında yaxından iştirak etdi. Hətta 1979–1980cı illərdə daxili işlər naziri oldu. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələndi. Xomeyninin sağ əlinə çevrilən Rəfsəncani 1980–1989-cu illərdə İslam məşvərət şurasıda Məclis spikerliyi vəzifəsini tutdu. 1980–1988-ci il İraq-Iran müharibəsində sülh əldə edilməsində böyük rol oynadı.
1989-cu il iyun ayında Xomeyninin ölümündən sonra Əli Xamneyinin prezidentliyindən (1980–1989) sonra İranın dövlət başçısı oldu. Xamneyi isə ali dini lider postuna əyləşdi. 1997-ci il Almaniya məhkəməsi onun 1992-ci il İran Kürdlərinin liderinin öldürüldüyü Mikonos sui-qəsdinin sifarişçilərindən biri olduğunu bəyan etdi. Rəfsəncani mühafizəkar və praqmatik siyasət yürütdü, qonşularla, keçmiş SSRİ və ərəb ölkələri ilə normal münasibətlər qurdu. Ancaq ABŞ ilə heç münasibət qurulmadı və bir neçə Qərb ölkəsi ilə məhdud münasibətlər yaradıldı. 1993-ci ildə yenidən dövlət başçısı seçildi. 1997-ci ildə seçkiyə qatılmadı.
2005-də İrandakı prezident seçkilərində Mahmud Əhmədinecəd səs çoxluğu ilə onu qabaqladı.
O, praqmatik konservativ siyasətçi kimi tanınırdı və azad bazar pozisiyasını dəstəkləyirdi. Rəfsəncani İran liberallarının lideri hesab olunurdu və radikal mühafizəkarlara qarşı çıxırdı.
1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub. AMEA-nın fəxri üzvü idi.
Rəfsəncani ürək problemi ilə xəstəxanaya yerləşdirilmiş, ancaq 8 yanvar 2017-ci ildə 82 yaşında ürək tutmasından vəfat etmişdir.
10 yanvarda İranın paytaxtı Tehran şəhərində yerləşən Behişti-Zəhrada, Ruhullah Xomeyninin məzarı yanında dəfn edilib.
Ailəsi
Rəfsəncani evli və 5 övladı – 3 oğlu və 2 qızı var idi. Qızı Məclis üzvüdür.
- 25 avqustda doğulanlar
- 1934-cü ildə doğulanlar
- Kirman ostanında doğulanlar
- 8 yanvarda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Tehranda vəfat edənlər
- Behişti-Zəhrada dəfn olunanlar
- Tehranda dəfn olunanlar
- Tehran Universitetinin məzunları
- "Fəth" ordeninin kavalerləri
- AMEA-nın fəxri üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Siyasətçi qaralamaları
- İran prezidentləri
- İranda siyasi məhbusların edamı (1988)
- Ürək tutmasından ölənlər
- İran ayətullahları
- İran yazıçıları
- İran hərbçiləri
- İran nazirləri
- Müsəlman dini liderlər
- İran iş adamları
