Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Nareştar, DQMV) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru, "ARB" tele

Xoşqədəm Hidayətqızı

  • Ana Səhifə
  • Xoşqədəm Hidayətqızı

Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; 13 yanvar 1974, Nareştar, DQMV) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru, "ARB" telekanalında aparıcı.

Xoşqədəm Hidayətqızı
Xoşqədəm Hidayət qızı Baxşəliyeva
Doğum tarixi 13 yanvar 1974(1974-01-13) (52 yaş)
Doğum yeri
  • Nareştar, Mardakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Doğuş (müğənni)
Uşaqları Zaur (1999), Arda (2016), Arın (2016)
Atası Hidayət
Milliyyəti azərbaycanlı
Dini müsəlman
İxtisası Jurnalist
Təhsili
  • Naxçıvan Dövlət Universiteti,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti aparıcı, jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20162016
"Tərəqqi" medalı — 20052005

Həyatı

Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar kəndində anadan olub.1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar ""Səni axtarıram" verilişinin aparıcısı olub. 2015–2016-cı illərdə ANS tv bağlanana qədər orada çalışıb. 2016-cı ildə XƏZƏR tv-ə gəlib və 2021-ci ilə qədər "Bizə danış" "Səni axtarıram" layihəsinin aparıcısıdır.

2021-ci ildən etibarən "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.

2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncağında qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.

Beynəlxalq Elm və Texnologiya Universiteti ("International Science & Technology University") tərəfindən fəxri doktor adına layiq görülüb.

Ailəsi

1999-cu ildə Zaur adlı övladı dünyaya gəlib. 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənmişdir. 6 may 2016-cı ildə onların əkiz övladları — oğlanları dünyaya gəlib. Əkizlərdən biri türk futbolçu Arda Turanın şərəfinə Arda adlandırılıb. Digərinin adı isə Arın-dır. Cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternational Hospital" xəstəxanasında dünyaya gəlib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Qorxmaz İmanov

  • Mart 27, 2026

    Xədicə Abbasova

  • Mart 26, 2026

    Artur Rasizadə

  • Mart 27, 2026

    Afiyəddin Cəlilov

  • Mart 29, 2026

    Heyvagülü

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst