Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rus

Rusiya azərbaycanlıları

Vikipediya, azad ensiklopediya

Rusiya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Rusiyada yaşayan hissəsinin adı. Rusiya FR-nın subyekti olan Dağıstan Respublikasında yaşayan etnik azərbaycanlılar istisna olmaqla bu ölkənin digər bölgələrində yaşayan etnik azərbaycanlılar Rusiyada Azərbaycan diasporunu təşkil edirlər.

Rəsmi statistika

Ümumi

1926–2010-cu illərdə aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən Rusiya FR-da etnik azərbaycanlıların sayı:

  • 1926-cı il sa. əsasən 27,991 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 23.428 nəfər.
  • 1939-cu il sa. əsasən 43,123 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 31.141 nəfər.
  • 1959-cu il sa. əsasən 70,947 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 38.224 nəfər.
  • 1970-ci il sa. əsasən 95,689 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 54.403 nəfər.
  • 1979-cu il sa. əsasən 152,421 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 64.514 nəfər.
  • 1989-cu il sa. əsasən 335,889 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 75.463 nəfər.
  • 2002-ci il sa. əsasən 621,840 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 111.656 nəfər.
  • 2010-cu il sa. əsasən 603,070 nəfər/ onlardan Dağıstan Respublikasında yaşayanların sayı 130.919 nəfər.

2002-ci il siyahıyaalınması

  • 2002-ci il (9 – 16 oktyabr 2002-ci il) əhali siyahıya alınmasının yekunlarına əsasən:
  • Rusiya FR-nın ümumi əhalisi 145,166,731 nəfərdir (67,605,133 nəfər kişi, 77,561,598 nəfər qadın). Onlardan 1,460,751 nəfəri öz milli məsubiyyətini bildirməmişdir.
  • Siyahıya alınma zamanı milli mənsubiyyətini göstərən əhalinin 621,840 nəfəri (386,776 nəfəri kişi, 235,064 nəfəri qadın) etnik azərbaycanlı olduğunu qeyd etmişdir. Onlardan azərbaycan dilini bilənlərin sayı 506,043 nəfər, rus dilini bilənlərin sayı isə 587,515 nəfər olmuşdur.
  • Etnik azərbaycanlı olan Rusiya əhalisinin 479,517 nəfəri (307,346 nəfər kişi, 172,171 nəfəri qadın) şəhərlərdə, 142,323 nəfəri (79,430 nəfər kişi, 62,893 nəfər qadın) isə kəndlərdə məskunlaşmışdır.
  • Etnik azərbaycanlılardan şəhərlərdə yaşayanlardan 457,308 nəfəri, kəndlərdə yaşayanlardan isə 130,207 nəfəri rus dilini bilmişdir.
  • Etnik azərbaycanlı olan Rusiya əhalisinin əmək qabiliyyətli olan qismi 276,965 nəfəri kişilər, 140,428 nəfəri qadınlar olmaqla 417,393 nəfərdir (Rusiya FR-da yaşayan etnik azərbaycanlıların 67,12%-i qədər).
  • Siyahıyaalınmanın yekunlarına əsasən bütün ölkə üzrə azərbaycan dilini bilən əhalinin sayı 669,757 nəfər olmuşdur :

2010-cu il siyahıyaalınması

  • 2010-cu il (14 – 25 oktyabr 2010-cu il) əhali siyahıya alınmasının yekunlarına əsasən:
  • Rusiya FR-nın ümumi əhalisi 142,856,536 nəfərdir. Onlardan öz milli mənsubiyyətini göstərənlər 137,227,107 nəfər olmuşdur.
  • Siyahıya alınma zamanı milli mənsubiyyətini göstərən əhalinin 603,070 nəfəri etnik azərbaycanlı olduğunu qeyd etmişdir.
  • Etnik azərbaycanlı olan Rusiya əhalisinin 444,892 nəfəri şəhərlərdə, 158,178 nəfəri isə kəndlərdə məskunlaşmışdır.
  • Siyahıya alınmanın yekunlarına əsasən bütün ölkə üzrə azərbaycan dilini bilən əhalinin sayı 473,044 nəfər olmuşdur.

Məskunlaşma

Dağıstanda

Vətəndaşlıq

2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər 49,7 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb.

2002-ci il siyahıyaalınması

2002-ci il əhali siyahıyaalınmasının yekunlarına əsasən Rusiyada yaşayan və siyahıya alınma zamanı öz vətəndaşlığını göstərən 26 xarici ölkənin vətəndaşları içərisində Azərbaycan vətəndaşları sayca Ukrayna vətəndaşlarından sonra ikinci yerdə dayanmaqdadırlar:

2002 sa.-na əsasən Rusiya FR-da yaşayan xarici vətəndaşlar
No Ölkə Ümumi say Əmək qabiliyyətli
1–26Cəmi1 025 413812 913
1Ukrayna230 558181 409
2Azərbaycan154 911117 432
3Ermənistan136 84198 625
4Özbəkistan70 87154 916
5Qazaxıstan69 47250 702
6Tacikistan64 16556 784
7Gürcüstan52 91841 434
8Moldova50 98845 152
9Belorusiya40 33030 932
10Çin30 59829 835
11Qırğızıstan28 84322 107
12Vyetnam22 54521 541
13Əfqanıstan8 2217 450
14Türkmənistan6 4175 072
15Hindistan5 3515 218
16Türkiyə4 9914 736
17Litva4 5833 399
18Latviya2 8641 995
19Bolqarıstan2 2621 838
20ABŞ1 361845
21Almaniya1 329922
22Suriya1 2301 163
23Estoniya1 066768
24İsrail1 016744
25Yunanıstan612471
26Finlandiya285202

Rusiyada diaspor təşkilatları

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Rusiya FR-da azərbaycanlılara aid diaspor təşkilatları aşağıdakılardır:

  • H. Əliyev Fondunun Rusiya nümayəndəliyi
  • "AMOR" Rusiya Azərbaycan Gənclər Təşkilatı
  • Ümumrusiya Azərbaycan Konqresi (ÜAK)
  • "AZERROS" Rusiyada Azərbaycanlıların Federal Millli-Mədəni Muxtariyyəti
  • "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi
  • DAK Rusiya nümayəndəliyi
  • Moskva "Azərbaycan" Cəmiyyəti
  • Sankt-Peterburqun Azərbaycan icması reqional ictimai təşkilatı
  • "Bulaq" cəmiyyəti
  • "Odlar Yurdu"
  • "Araz" Azərbaycan icması

Mədəni muxtariyyətlər

  • Sankt-Peterburq
  • Murmansk
  • Pskov
  • Perm
  • Tatarıstan
  • Krasnoyarsk diyarı
  • Tver
  • Kostroma
  • Tümen
  • Ulyanovsk

Bəzi maraqlı məlumatlar

ÜAK 2001
  • 2001-ci ildə Rusiya FR-nın o zamanki prezidenti Vladimir Putin Azərbaycanda səyahəti əsnasında Rusiyadakı azərərbaycanlıların sayına da toxunmuş və ölkəsində 2,7 milyon azərbaycanlının yaşadığını, onlardan 660 min nəfərin Rusiya vətəndaşları qalanların isə əmək miqrantları olduqlarını qeyd etmişdir.
  • 2002-ci il Rusiyada əhali siyahıya alınmasının yekunları və həmin il üçün Azərbaycan hökumətinin rəsmi məlumatları müqayisə olunaraq Rusiyada Azərbaycan vətəndaşı olan əmək miqrantlarının sayının 500–600 min nəfər, ümumilikdə etnik azərbaycanlıların sayının isə 1 milyon nəfər dolayında olduğu nəticəsinə varılmışdır.
  • 2006-cı ilin mart ayında Azərbaycan qəzetlərindən birində yayınlanmış məlumata əsasən Rusiyada yaşayan azərbaycanlıların sayı 2,5–3,2 milyon arasında dəyişməkdədir.
  • 2006-cı ildə 50,000-dən çox etnik azərbaycanlı Rusiya vətəndaşlığına keçmişdir.
  • Dünya Azərbaycanlıları Konqresinin (DAK) təqdim etdiyi statistik məlumatlara əsasən 2006-cı ilin sonuna Rusiyada yaşayan etnik azərbaycanlıların sayı 3 milyon nəfərdir. Ancaq DAK bu məlumatı verərkən Rusiyada yaşayan azərbaycanlıların hansı ölkələrin vətəndaşları olmalarına aydınlıq gətirməmişdir.
  • 2007-ci ildə "RBK" jurnalının yayınlanmış 11-ci sayında real olaraq Moskvada 14 milyon nəfər əhalinin yaşadığı, onların 31%-nin rus, 14%-nin azərbaycanlı, 10%-nin tatar-başqırd-çuvaş, 9%-nin ukraynalı, 6%-nin koreyalı-çinli-vyetnamlı, 5%-nin tacik-özbək-qazax-qırğız, 4%-nin çeçen-inquş-dağıstanlı, 4%-nin erməni, 3%-nin gürcü, 3%-nin moldovan, 3%-nin belorus, 2%-nin qaraçı, 1%-nin yəhudi, 5%-nin isə digər xalqların nümayəndələri olduqları bəyan olunmuşdu.

Dövlət Komissiyası

Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının rastlaşacağı problemlərin həlli məqsədilə, Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin öyrənilməsi və həlli ilə bağlı 22 noyabr 2006-cı ildə dövlət komissiyası yaradılmışdır.

Həmçinin bax

  • Tanınmış azərbaycanlılar
Üst