Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının səd

Nuşirəvan Məhərrəmli

Vikipediya, azad ensiklopediya
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmli
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri
22 yanvar 2003 20 sentyabr 2024
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi (65 yaş)
Doğum yeri Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ
Təhsili Moskva Dövlət Universiteti

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015

Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.

Həyatı

Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2015-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Evlidir. Üç övladı var.

Həmçinin bax

  • Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası
Üst