| Gülabbas Qəhrəmanov | |
|---|---|
| 1994 – bilinmir | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 fevral 1942 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 12 yanvar 2025 (82 yaşında) |
| Vəfat yeri |
|
| Partiya |
|
| Təhsili |
|
Gülabbas Abas oğlu Qəhrəmanov (1 fevral 1942, Bəklə, Şamaxı rayonu – 12 yanvar 2025, Bakı) — Qobustan rayon partiya komitəsinin I katibi, Qobustan rayonu İcra hakimiyyətinin başçısı (1992), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Həyatı
Gülabbas Qəhrəmanov 1 fevral 1942-ci ildə Şamaxı rayonunun Bəklə kəndində (indi bu kənd Qobustan rayonuna aiddir) anadan olmuşdur. Bəklə kəndində ibtidai, Nabur kəndində natamam, Nərimankənd kənd orta məktəbini bitirmişdir.
1962–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.
Fəaliyyəti
Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra "Yeni Şirvan" qəzetinə təyinat almışdır. Daha sonra Şamaxı rayon partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, Şamaxı rayon Xalq Nəzarət Komitəsinin sədri, Qobustan rayon partiya komitəsinin I katibi vəzifələrində işləmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. Milli Məclisin deputatı olmuşdur.
- 1 fevralda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Şamaxı rayonunda doğulanlar
- 12 yanvarda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər