| Yunanıstan tarixi | |
|---|---|
![]() Bu məqalələr ölkə seriyasındandır | |
| Tarixəqədərki Yunanıstan | |
| Yunan mifologiyası | |
| Yunan fəlsəfəsi | |
| Egey sivilizasiyası | |
| Ellada sivilizasiyası | |
| Kiklad sivilizasiyası | |
| Minoy sivilizasiyası | |
| Miken sivilizasiyası | |
| Qədim Yunanıstan | |
| Yunan qaranlıq erası | |
| Arxaik Yunanıstan | |
| Qədim Yunanıstan qanunları | |
| Qədim Yunanıstan mədəniyyəti | |
| Yunan-Roma | |
| Roma və Bizans dövrü | |
| Bizans imperiyası | |
| Frankokratiya | |
| Afina hersoqluğu | |
| Osmanlı Yunanıstanı | |
| Yeni dövr | |
| Yunanıstan İstiqlaliyyət müharibəsi | |
| Yunanıstan krallığı | |
| İkinci Yunanıstan Respublikası | |
| İkinci Dünya müharibəsində Yunanıstan | |
| Yunan hərbi xuntası | |
| Üçüncü Yunanıstan Respublikası | |
Yunanıstan portalı |
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi.
Tarixi
Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
- Osmanlı Yunanıstanı
- Osmanlı imperiyası
