Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə

Xəyalə Quliyeva

  • Ana Səhifə
  • Xəyalə Quliyeva

Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı.

Xəyalə Quliyeva
Doğum tarixi 26 aprel 1980(1980-04-26) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Yusif Musayev
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2003-cü ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mündəricat

Həyatı

Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir.

Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur.

Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.

2018-ci ildə qatıldığı Maşın şou 17-ci sürət Hind Kinosu proyektində tamaşaçıların dəstəyi ilə şounun qalibi olmuşdur.

2023-cü ildə "Komedixana" layihəsinin Heydər Əliyev Sarayında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hazırladığı "Qartopu" adlı 3 günlük solo konsertdə əsas rolları canlandırıb.

Şəxsi həyatı

2004-cü ildə ailə həyatı qurub. 2007-ci ildə oğlu, 2012-ci ildə isə qızı dünyaya gəlib.

Filmoqrafiya

  • Çəkirəm Haa (veriliş, 2003)
  • Səhər (veriliş, 2007)
  • Möcüzə ləzzətlər (veriliş)
  • Gülə-gülə
  • Sizinləyəm
  • Mənim evim
  • Maraqlı gəlir
  • Komedixanım
  • Komedixana
  • Oyunçu (film, 2008)
  • Bacanaqlar (teleserial, 2009)
  • Qız atası (teleserial, 2014)
  • 13-cü mənzil (teleserial)
  • Ər arvad (teleserial)
  • Taksi Liza (film)
  • Xoxanlar (film)
  • Bir gün sizdə bir gün bizdə (veriliş, 2021)
  • Qonağın qonağı (veriliş, 2023)
  • Dondan Dona (teleserial, 2023)
  • Kənd havası (teleserial, 2024)

Konsert

  • Heydər Əliyev sarayında 4 günlük "Komedixana" konserti (2022)
  • Heydər Əliyev sarayında 3 günlük "Qartopu" konserti (2023)
  • Heydər Əliyev sarayında 2 günlük "KomediMən" konserti (2024)
  • Heydər Əliyev sarayında "KomediBura" konserti (2025)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    C

  • Mart 26, 2026

    Təbriz

  • Mart 26, 2026

    Qarabağda döyüşlər (2023)

  • Mart 26, 2026

    Polad Bülbüloğlu

  • Mart 26, 2026

    Novruz bayramı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst