Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ayaqüstü komediya ustası, ssenarist, aparıcı, rejissor və şoumen.

Fərda Amin

  • Ana Səhifə
  • Fərda Amin

Fərda Amin (Fərda Akif oğlu Xudaverdiyev; 12 avqust 1979, Cəbrayıl) — azərbaycanlı aktyor, ayaqüstü komediya ustası, ssenarist, aparıcı, rejissor və şoumen.

Fərda Amin
Fərda Akif oğlu Xudaverdiyev
Digər adı Fərda Amin
Doğum tarixi 12 avqust 1979(1979-08-12) (46 yaş)
Doğum yeri
  • Cəbrayıl, Cəbrayıl rayonu, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Aktyor, rejissor, aparıcı, ssenari müəllifi,prodüser
Fəaliyyət illəri 2003–h.h.
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
IMDb ID2928952

Mündəricat

Həyatı

Fərda Akif oğlu Xudaverdiyev əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürürdü. Bu verilişin rejissoru Fərda idi. Senarisini isə Elməddin Cəfərovla birlikdə yazırdılar. Ancaq bu verilişin ömrü uzun olmur. Fərda "Tam Sərbəst" verilişini yaradır və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxır. Bu veriliş də qısa müddət davam edir. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görür. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkilir. 2014-cü ildən "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini yazmışdır.

Aktyor 2010-cu ildə Günel adlı xanımla ailə həyatı qurub. Fərda 4 oğul atasıdır.

Aparıcılıq

  • "Elə-belə" (Lider TV)
  • "Vitamin C" (Lider TV)
  • "Tək Səbir" (Space TV)
  • "Tam Sərbəst" (ATV)
  • "Tam sərbəst sollo" (ATV)
  • "Sənin üçün" (ATV)
  • "Sərbəst FM" (ATV)
  • "Top kimi şou" (ATV)

Filmoqrafiya

  1. İz (film, 2002)
  2. Toy (film, 2005)
  3. İnterpapa (film, 2006)
  4. Niyə? (film, 2010)
  5. Niyə? 2 (film, 2017)
  6. Vərdiş (film, 2006)
  7. Ögey ata (film, 2013)
  8. Xoxan (film, 2014)
  9. Gecə qonağı (film, 2015)
  10. Oğlan evi
  11. Bakı, Mən Səni Sevirəm (2015)
  12. Naxox (film, 2016)
  13. Selfinaz Stand Up (tamaşa, 2015)
  14. Selfinaz Stand Up 2 (tamaşa, 2017)
  15. Qardaşlar (teleserial, 2015)
  16. Qız qaçırtma (film, 2017)
  17. Pray for Zahra (2017)
  18. Aşka gəldik (2015 Türkiyə)
  19. Yanlış Anlama (2017 Türkiyə)
  20. Niyə? (teleserial, 2018)
  21. Qardaşlar (teleserial 2016–2017)
  22. Bacanaqlar (teleserial 2018)
  23. Ağ tük (2018)
  24. Qızqaçırtma 2 (2018)
  25. Toydan sonra nağara (2018)
  26. Niyə? 3 (2019)
  27. Tək çənə Stand Up
  28. Komedixana (2020)
  29. 5betər (2021)
  30. Eltilər (2022–2023)
  31. Zarafatyana (2023)
  32. Kadrlar şöbəsi (2022)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Mədə xərçəngi

  • Mart 26, 2026

    Lənkəran

  • Mart 26, 2026

    İlyas Əfəndiyev

  • Mart 27, 2026

    Zəfər Günü (Azərbaycan)

  • Mart 27, 2026

    Avtomobilin tarixi

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst