| Hallavar | |
|---|---|
| 41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO | |
| Ölkə |
|
![]() Hallavar | |
Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır. "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub–şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m. yüksəklikdə yerləşir.
Əhalisi
Əhalinin sayı 92 nəfərdir (1 yanvar 2017-ci il).
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, bağçılıq və tərəvəzçiliklə təçkil edir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Oğuz rayonu qaralamaları
- Oğuz rayonunun kəndləri

