| Zülfüqar Abdullayev | |
|---|---|
| |
| 1970 – ? | |
| ? – 1970 | |
Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
| ? – 1965 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1933 (92–93 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Zülfüqar Səfər oğlu Abdullayev (1933, Şamxor) — Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayonvə Ucar Rayon Komitəsinin birinci katibi, Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı
1933-cü ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1957-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.
1951-ci ildən kolxozçu olmuşdur. 1953–1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda oxumuşdur. 1958–1959-cu illərdə maşın-meliorasiya dəstəsinin rəisi, 1960-cı ildən Şamxor Partiya Komitəsinin təlimatçısı, Şamxor Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1965-ci ildən Yevlax Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan KP Ucar RK-nın birinci katibi vəzifələrində işləmiş, 1970-ci ildən isə Azərbaycan KP Mirbəşir RK-nın birinci katibidir.
Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Yeddinci, səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəmirçilər seçki dairəsi).
- 1933-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Yaşayan uzunömürlülər
- Şəmkirdə doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin birinci katibləri
- Şamxor Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
