| Sofiko Çiaureli | |
|---|---|
| gürc. სოფიკო ჭიაურელი | |
| |
| Doğum adı | Sofiko Mixaylovna Çiaureli |
| Digər adı | Sofiya Çiaureli |
| Doğum tarixi | |
| Doğum yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Tbilisi, Gürcüstan |
| Vəfat səbəbi | xərçəng xəstəliyi |
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Georgi Şengelaya Kote Maxaradze |
| Uşaqları | Nikolay (Niko) Aleksandr |
| Atası | Mixail Çiaureli |
| Anası | Veriko Ancaparidze |
| Fəaliyyəti | aktrisa |
| Fəaliyyət illəri | 1956-2008 |
| Təhsili |
|
| İstiqamət | teatr kino |
| Mükafatları | |
| IMDb | ID0157105 |
Sofiko Mixaylovna Çiaureli (gürc. სოფიკო ჭიაურელი; 21 may 1937, Tbilisi - 2 mart 2008, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1976), Ermənistan SSR-in xalq artisti (1979). 100-dən artıq filmdə çəkilmişdir. Sovet aktrisaları arasında yeganə şəxsdir ki, yeddi dəfə "Ən yaxşı qadın roluna görə" beynəlxalq müsabiqələrdə mükafata layiq görülüb.
Həyatı
Sofiko Çiaureli Tbilisidə aktrisa Veriko Ancaparidze və kinorejissor Mixail Çiaurelinin ailəsində anadan olmuşdur.
1960-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Boris Bibikovun emalatxanasını əla qiymətlərlə bitirmiş və vətənə geri dönmüşdür. 1960-1964-cü illərdə və 1968-ci ildən başlayaraq Marcanişvili adına Tbilisi Akademik Teatrının aktrisası olmuşdur. 1964-1968-ci illərdə isə Şota Rustaveli adına Gürcü Dövlət Akademik Teatrında çalışmışdır.
9-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Sofiko Çiaureli 2 mart 2008-ci ildə, 71 yaşında uzun sürən xəstəlikdən vəfat etmişdir. Tbilisidə yerləşən Didube panteonunda həyat yoldaşı Kote Maxaradzenin yanında dəfn olunmuşdur.
5 mart 2008-ci ildə Tbilisi küçələrindən birinin aktrisanın adını daşıması barədə qərar qəbul edilmişdir. 2009-cu ildə Tbilisinin Sioni Skver adlı ərazisində Çiaurelinin büstü qoyulmuşdur. Büstün müəllifi heykəltaraş Levan Vardosanidzedir.
Ailəsi
- Həyat yoldaşları — Georgi Şengelaya və Kote Maxaradze.
- Qardaşları — Otar Çiaureli (1915—1964) və Ramaz Çiaureli.
- Xalası oğlu — Georgi Daneliya, kinorejissor.
- Uşaqları — Nikolay (Niko) və Aleksandr Şengelaya.
- Nəvələri — Nataliya və Georgi.
Mükafatlar
- 1966 — Gürcüstan SSR Lenin komsomolu Mükafatı ("Əllərinin istisi" filminə görə)
- 1966 — "Aktyor mükafatları" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
- 1972 — "Aktyor işinə görə mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
- 1974 — "Aktyor işinə görə ilk mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı
- 1974 — Bakıda keçirilən Ümumittifaq kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın rolunun ifasına görə Birinci mükafat
- 1975 — XXVI Çexoslovakiya Beynəlxalq Kinofestivalında "Vera məhəlləsinin melodiyaları" filminin Ən yaxşı qadın roluna görə mükafat
- 1976 — Gürcüstan SSR-in xalq artisti
- 1979 — Ermənistan SSR-in xalq artisti
- 1980 — SSRİ Dövlət Mükafatı ("Şəxsi suallar əsasında müsahibə" filminə görə)
Filmoqrafiya
| İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
|---|---|---|---|
| 1956 | Bizim həyət | gürc. ჩვენი ეზო | Sisino |
| 1958 | Akvarel | gürc. აკვარელი | arvad |
| 1960 | Bir qız haqqında povest | gürc. ამბავი ერთი ქალიშვილისა | Lali Nikoladze |
| 1961 | İnquri sahillərində | gürc. ენგურის ნაპირებზე | Tamara |
| 1963 | General və qızçiçəyi | gürc. გენერალი და ზიზილები | Zosya |
| 1965 | İndi başqa zəmanədir | gürc. რაც გინახავს, ვეღარ ნახავ | Tasiya |
| 1966 | Xevsur balladası | gürc. ხევსურული ბალადა | Mzekala |
| 1968 | Təbəssümün qayıdışı | gürc. ღიმილის დაბრუნება | Yelena |
| 1968 | Narın rəngi | erm. Նռան գույնը | gənc şairə şairin sevgisi şairin ilham pərisi mim mələk dəli rahibə |
| 1969 | Qəm yemə! | gürc. არ იდარდო! rus. Не горюй! | Sofiko |
| 1970 | Hüdudlar | rus. Рубежи | Sofiko |
| 1970 | Çermen | gürc. ჩერმენი | Çermenin gənc anası |
| 1971 | Əllərinin istisi | gürc. წუთისოფელი | Sidoniya |
| 1973 | Haray | gürc. ძახილი | musiqi müəllimi |
| 1973 | Vera məhəlləsinin melodiyaları | gürc. ვერის უბნის მელოდიები | Vardo |
| 1974 | Sireneva küçəsinin uşaqları | gürc. ბიჭები იასამნის ქუჩიდან | Zaurun qonşusu |
| 1975 | Çaxnaşma | gürc. აურზაური სალხინეთში | Tamro |
| 1976 | Arzu ağacı | gürc. ნატვრის ხე | Fufala |
| 1977 | Üzüm vadisinə gəl | gürc. ქვიშანი დარჩებიან | Eka |
| 1977 | Sahillər | gürc. დათა თუთაშხია | Nano Tavkelişvili |
| 1978 | Səhvlər komediyası | rus. Комедия ошибок | Liz |
| 1978 | Şəxsi suallar əsasında müsahibə | gürc. რამდენიმე ინტერვიუ პირად საკითხებზე | Sofiko |
| 1978 | Arevik | erm. Արևիկ | Arevik |
| 1979 | Əlibaba və qırx quldur | hind. अलीबाबा और चलीस चोर rus. Приключения Али-Бабы и сорока разбойников | Zamirə |
| 1980 | Qarışqa və birələrin yeni macərası | gürc. რწყილი და ჭიანჭველა | cəngavər |
| 1980 | Şillə | erm. Կտոր մը երկինք | Turvanta |
| 1982 | Qadını axtarın | rus. Ищите женщину | Alisa Postik |
| 1984 | Çoxbilmiş pilotun hekayəsi | gürc. ქართველები ცაში | sərnişin |
| 1984 | Suram qalası haqqında əfsanə | gürc. ამბავი სურამის ციხისა | Qulisvardi (Vardo) |
| 1984 | Petrov və Vaseçkinin adi və ağlasığmaz tətilləri | ukr. Канікули Петрова і Васечкіна. Звичайні й неймовірні | Manananın nənəsi |
| 1985 | Kəbin səbətində milyon | ukr. Мільйон у шлюбному кошику | Valeriya |
| 1987 | Qovulma | rus. Загон | prezidentin xanımı |
| 1988 | Aşıq Qərib | gürc. აშიკ-ქერიბი | ana |
| 1991 | Sərgərdan ulduzlar | ukr. Блукаючі зірки | Sora-Broxa |
| 1992 | Ada | qaz. Арал tac. ҷазира | nənə |
| 1992 | Gedəcəyimə söz vermişəm | rus. Я обещала, я уйду | Tamazın anası |
| 1992 | Gecə kəpənəyinin uçuşu | rus. Полёт ночной бабочки | |
| 1997 | Kamerqerskdə ulduzlu gecə | rus. Звёздная ночь в Камергерском | kələmliyin işçisi |
| 2000 | Xilas | gürc. ნუცას სკოლა | müəllim |
| 2001 | Yalnız bir dəfə | rus. Только раз | Vera Mixaylovna |
| 2005 | Aylı vadinin serenadası | rus. Серенада лунной долины | |
| 2005 | Bağ evi satılır | rus. Продаётся дача | Surenin nənəsi |
| 2006 | Mayak | rus. Маяк | qonşu |
- 21 mayda doğulanlar
- 1937-ci ildə doğulanlar
- 70 yaşında vəfat edənlər
- 2 martda vəfat edənlər
- 2008-ci ildə vəfat edənlər
- Didubi panteonunda dəfn olunanlar
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- SSRİ Dövlət mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- SSRİ aktrisaları
- Gürcüstan aktrisaları
- Gürcüstan SSR xalq artistləri
- Ermənistan SSR xalq artistləri
- Xərçəng xəstəliyindən ölənlər
- SSRİ Ali Sovetinin IX çağırış deputatları
- Tbilisidə doğulanlar
- Tbilisidə vəfat edənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər
- Gürcüstan SSR əməkdar artistləri
- XX əsr aktrisaları
- XXI əsr aktrisaları
- Tbilisinin fəxri vətəndaşları
