Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstər

Urud (Zəngəzur)

39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Urud
39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Sahəsi
  • 18,24 km²
Mərkəzin hündürlüyü 1.420 m
Əhalisi
Əhalisi
  • 263 nəf. (1831, 1873, 1897, 1926, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Urud xəritədə
Urud
Urud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UrudQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir.

Tarixi

Mədəniyyəti

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir.

Əhalisi

Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.

1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.

İqtisadiyyatı

Əkinçilik və heyvandarlıq

Əhalisi

Görkəmli şəxsiyyətləri

  • Əbdülmənaf Hacıyev (d.1896 — ö.1984) — Naxçıvan MSSR–nin ilk Ədliyyə Naziri, Əməkdar müəllim.
  • Sabir Hacıyev (professor) — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Aqil Quliyev (milli qəhrəman) (d.1963 – ö.1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
  • Azay Quliyev — ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
  • Məmməd Sadıq Aran (1895–1971) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı.
  • Flora Xəlilzadə — tanınmış azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
  • Musa Urud — şair, tibb elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-).
  • Elşad Qurbanov — akademik, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru.
  • Vladimir Tahirov — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Yaqub Yolçiyev — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
  • Bəkir Tahirov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
Üst