| Nara | |||||
|---|---|---|---|---|---|
| 奈良市 | |||||
| |||||
| |||||
| |||||
| 34°41′06″ şm. e. 135°48′17″ ş. u.HGYO | |||||
| Ölkə |
| ||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 1 fevral 1898 | ||||
| Sahəsi | 276,84 km² | ||||
| Əhalisi | |||||
| Əhalisi | 368 636 nəfər (2010) | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Poçt indeksi | 630-8580 | ||||
| Digər | |||||
| city.nara.lg.jp | |||||
![]() Nara | |||||
Nara (yap. 奈良市) — Yaponiyanın Kansay regionunda (Kyuşu adası) yerləşən Nara prefekturasının eyniadlı paytaxtı. 710–784-cü illərdə Yaponiyanın ilk paytaxtı olub.
Adı
Heian dövründə Naranın adı fərqli heroqliflərlə yazılırdı: 乃楽, 乃羅, 平, 平城, 名良, 奈良, 奈羅, 常, 那良, 那楽, 那羅, 楢, 諾良, 諾楽, 寧, 寧楽 və 儺羅. Bu adın mənşəyi haqqında fərqli fikirlər mövcuddur.
Todaydzi məbəd ansamblı
Burada Buddanın ən böyük heykəlinin yerləşdiyi Todaydzi məbəd ansamblı var. Məbəddəki Böyük Budda zalı bir neçə dəfə yanğın nəticəsində məhv olub yenidən bərpa olunsa da, dünyanın taxtadan tikilən ən böyük binasıdır (ilkin versiyada sahəsi 58×51 m, hündürlüyü 49 m) və hazırda öz ilkin görünüşünün yalnız 3-də 2 hissəsini qoruyub saxlamışdır. Bu heykəl 444 ton ağırlığında tuncdan hazırlanmışdı. Oturaq vəziyyətdə olan heykəl 16 metr hündürlükdədir. Buddanın sağ əlinin açıq şəkildə olan ovucu irəliyə doğru uzanmışdır. Bu, xeyir-dua işarəsidir. Sol əlin vəziyyəti isə niyyət etməni simvolizə edir. Burada həmçinin, "1000 maral parkı"nda dünyada yeganə olan müxtəlif landşaftlı parklar və bağçalar mövcuddur.
Qardaş şəhərləri
Avstraliya, Kanberra
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- 1898-ci ildə yaranan yaşayış məntəqələri
- Yaponiya qaralamaları
- Şəhər qaralamaları
- Nara (şəhər)
- Nara prefekturasının şəhərləri
- Müqəddəs şəhərlər
- VIII əsrdə yaranan yaşayış məntəqələri
- Keçmiş paytaxtlar




