Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005).

Ələkbər Muradov

Vikipediya, azad ensiklopediya
Ələkbər Muradov
Ələkbər Yunus oğlu Muradov
Digər adı Ələkbər Murad
Doğum tarixi 1 avqust 1948(1948-08-01)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 avqust 2013(2013-08-01) (65 yaşında)
Fəaliyyəti rejissor, ssenarist, kinooperator
Təhsili
  • Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2005
IMDb ID2948639

Ələkbər Muradov — Azərbaycan kino və televiziya rejissoru, ssenarist, kinooperator. Azərbaycanın əməkdar incəsənət xadimi (2005).

Həyatı

Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966–1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973–1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir.

Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir.

  • Kinomexanik Yunus Muradovun oğludur.
  • Rejissor Murad Muradovun atasıdır.

Mükafatları

  • 2005-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
  • Cəfər Cabbarlı mükafatı (2010).

Filmoqrafiya

  1. Anamın duaları (film, 2007)
  2. Anaya məktub (film, 1980)
  3. Armudu (film, 1986)
  4. Bakı. Müharibə illəri (film, 1985)
  5. Boru xətlərində yeni texnika (film, 1979)
  6. Dədə Şəmşir (film, 2002)
  7. Dünən, bu gün, sabah (film, 1992)
  8. Ərənlər (film, 2005)
  9. Gəmiqaya (film, 1981)
  10. Güllələnmə təxirə salınır!... (film, 2002)
  11. "Hacı Mail" nağılı... (film, 2005)
  12. Hamı bir nəfər üçün (film, 1984)
  13. Həsir (film, 1985)
  14. Hökm (film, 1994)
  15. Kənd əhvalatı (film, 1986)
  16. Kommersiya (film, 1992)
  17. Qaladan tapılan mücrü (film, 1982)
  18. Qanlı Bakı (film, 1994)
  19. Qərib cinlər diyarında (film, 1977)
  20. Qonaq-qaralı ev (film, 1992)
  21. Qorxma, mən səninləyəm
  22. Məğlubedilməzlər (film, 1983)
  23. Məhəbbətin familiyası (film, 1977)
  24. Mən mahnı qoşuram (film, 1979)
  25. Mənim ağ şəhərim (film, 1993)
  26. Müqəddəs oda yanaram (film, 1991)
  27. Nəsirəddin Tusi (film, 1984)
  28. O dünyadan salam (film, 1991)
  29. Odlu ürək (film, 1981)
  30. Oğlan (film, 1984)
  31. Özünü onun yerinə qoy (film, 1983)
  32. Səadət təranələri (film, 1980)
  33. Sonuncu dərviş (film, 2009)
  34. Şuşa yolu... (film, 2002)
  35. Təkəlduz (film, 1985)
  36. Tənha ruh (film, 1998)
  37. Toy marşı - Bakı toyları (2013)
  38. Uşaq səadəti bayramı (film, 1980)
  39. Üçüncü növbə (film, 1984)
  40. Yaddaşın rəmzi (2011)
  41. Yaşar Nuri olduğu kimi... (film, 2001)
  42. Zirzəmi (film, 1990)
Üst