| Əkmələddin Ehsanoğlu | |
|---|---|
| türk. Ekmeleddin İhsanoğlu | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 dekabr 1943 (82 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | tarixçi, siyasətçi, universitet müəllimi, diplomat, islamşünas, kimyaçı |
| Uşağı | 3 |
| Dini | sünnilik |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | |
| Təltifləri | |
| ihsanoglu.com/en/ | |
Ekmeleddin Ehsanoğlu (türk. Ekmeleddin İhsanoğlu, 26 dekabr 1943, Qahirə) — İslam Əməkdaşlıq Təşkilatının 2005–2014-cü illərdə Baş katibi.
Həyatı
1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib.
E. Ehsanoğlu YUNESKO-da və ABŞ-nin dünyaca ünlü Harvard Universitetinin fənn fakültəsini bitirib, tarix, batı-doğu mədəni-siyasi münasibətləri haqqında çoxsaylı elmi əsərlər yazıb. Onun əsərləri Harvard başda olmaqla, dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır.
1974-cü ildə Ankara Universiteti Fen fakültəsində doktorluq tamamladıqdan sonra, İngiltərədə Exeter Universitetində doktor sonrası işlər etdi. İslam və Qərb mədəniyyəti ilə yaxından təması olan Ehsanoğlu 1984-cü ildə professor oldu.
Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir.
Yaxın dostları ona sayğı ilə "Elmel bəy" deyə müraciət edir.
Türkiyənin əsas müxalifət partiyaları — Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) 2014-cü il prezident seçkilərində Ekmələddin Ehsanoğlunun namizədliyi ilə vahid namizədlə çıxış etmək barədə razılığa gəliblər.
Ehsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E. Ehsanoğlu İordaniyanın I dərəcəli "İstiqlal" medalı və Misirin ali dövlət mükafatının da sahibidir.
Ekmeleddin Ehsanoğlu evlidir və 3 uşaq atasıdır.
- 26 dekabrda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Qahirədə doğulanlar
- Milliyətçi Hərəkat Partiyasının üzvləri
- Əl-Əzhər Universitetinin məzunları
- Ankara Universitetinin məzunları
- Elmlər doktorları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "İsmoili Somoni" ordeni ilə təltif edilənlər
- Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Türkiyə prezidentliyinə namizədlər
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- Türkiyə müsəlmanları
- İstanbul Universitetinin müəllimləri
- Ankara Universitetinin müəllimləri
- XX əsr Türkiyə tarixçiləri
- Türkiyə akademikləri
- İslam Əməkdaşlıq Təşkilatı