
"Nədən oldu" (Türkiyədə geniş yayılmış adı ilə: "Ellerini Çekip Benden") — sözləri Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə, musiqisi bəstəkar Şəfiqə Axundovaya məxsus olan Azərbaycan mahnısıdır.
Yaranma tarixi
Şeirin orijinal mətni — "Nədən oldu" — Bəxtiyar Vahabzadə tərəfindən 1955-ci ilin avqust ayında yazılmış və şairin "Vicdan" pyesində yer almışdır.
1958-ci ildə Gəncə Dram Teatrosunda Bəxtiyar Vahabzadənin "Hicran" adlı əsəri səhnələşdirilmiş, tamaşanın musiqi tərtibatı gənc bəstəkar Şəfiqə Axundovaya həvalə edilmişdir. Personajlardan birinin dilindən səslənən mahnı böyük rəğbət qazanmış və müstəqil bir əsər kimi tanınmağa başlamışdır. Şəfiqə Axundova bu mahnını ilk dəfə Azərbaycan Xalq artisti Sara Qədimovaya təqdim etmiş, bununla da əsərin ilk peşəkar ifaçısı Sara Qədimova olmuşdur.
İfaçılar
- Sara Qədimova — ilk ifaçı
- Şövkət Ələkbərova və Elmira Rəhimova — əsəri repertuarlarına daxil edərək plak yazısı etmişlər (qeydlər Azərbaycan Dövlət Televiziya və Radiosunun Qızıl Fondunda saxlanılır)
- Əbülfət Əliyev — 1960-cı illərdə əsəri ifa edən ilk kişi ifaçı (YouTube-də dinlə)
- Rübabə Muradova — əsərin ən çox sevilən və xalq arasında ən tanınmış ifaçısı (YouTube-də dinlə)
Türkiyədə əsər "Ellerini Çekip Benden" adı ilə İbrahim Tatlıses, Müslüm Gürses, Hüseyin Altın, Gülay, Elif Buse Doğan, Arif Sağ, Murat Göğebakan, Hülya Süer, Sibel Pamuk, Burhan Çaçan, Ömer Danış, Kenan Temiz, Onur Şan, Jale Parıltı, Devrim Kaya, Gamze Nur, Necdet Kaya, Melis Aydın, Murat Yaman, Arzu Arıkan, Aynur Haşhaş, Gülcan Opel və Huri Sapan da daxil olmaqla çoxsaylı sənətçi tərəfindən səsləndirilmişdir.
Müəllifliyin rəsmi bərpası
Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyinin (MESAM) və MSG-nin verilənlər bazasında əsər uzun müddət "anonim" statusunda qeydə alınmışdır.
Bu vəziyyəti düzəltmək məqsədilə Ahenk Müzik (Türkiyə) və IK Studio (Azərbaycan) şirkətləri birgə araşdırma apararaq, 25.06.2025 tarixində MESAM Texniki Bilim Kuruluna rəsmi ərizə ilə müraciət etmişlər.
Ərizədə təqdim olunan sübutlar aşağıdakılardır:
- Melodiya plak şirkəti tərəfindən nəşr olunmuş orijinal qramplak qeydləri (kataloq nömrələri ГОСТ 5289–61, 33Д-14311 və 33Д-14286), burada bəstəkar kimi Şəfiqə Axundova, söz müəllifi kimi Bəxtiyar Vahabzadə göstərilir
- Səadət Təhmirazqızının "Nəğmədir Həyat" adlı, Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinə əsaslanan tematik toplusu
- Bəxtiyar Vahabzadənin "Qəlbi Dolu Gecələr" kitabında yer alan, əlyazma tarixi (avqust 1955) göstərilən orijinal şeir mətni
- Bəxtiyar Vahabzadənin ailəsi ilə aparılan görüşmə və ailənin təqdim etdiyi sənədlər
- TRT Müzik kanalında yayımlanan proqramlarda əsərin müəllifliyinə dair açıqlamalar
- Şəfiqə Axundovanın özünün iştirak etdiyi televiziya müsahibələrindəki şəxsi bəyanatları
MESAM Texniki Bilim Kurulu 25.06.2025 tarixli iclasında məsələni araşdırmış və 01.07.2025 tarixli rəsmi cavabında bildirmişdir:
| MESAM veri tabanı incelendiğinde eserin anonim olduğu fakat Ahenk Müzik tarafından gönderilen bilgi, belgeler incelendiğinde eserin müziğinin Şəfiqə Axundova'ya, sözlerinin ise Bəxtiyar Vahabzadə'ye ait olduğuna karar verilmiştir. |
Əsərin Sözləri
| Azərbaycan dili | Türk dili |
|---|---|
| Əllərini üzüb məndən, | Ellerini çekip benden |
Sənədlər
- Ahenk Müzik tərəfindən MESAM-a təqdim olunan sübut bildirişi: PDF Bax
- MESAM Texniki Bilim Kurulunun rəsmi qərarı: PDF Bax
- Azərbaycan mahnıları
- Bəxtiyar Vahabzadə
- Şəfiqə Axundova