| Ülviyyə Alovlu | |
|---|---|
| Doğum yeri |
|
| Fəaliyyəti | şair, bəstəkar, jurnalist |
Ülviyyə Alovlu (19 avqust, Xırdalan) — azərbaycanlı şairə, bəstəkar və jurnalist.
Həyatı
19 avqustda Xırdalanda doğulub. Əslən Qərbi Azərbaycan, Zəngəzur mahalı, Qarakilsə rayonu, məşhur Muradlılar nəslindəndir. Xırdalan 1 saylı orta məktəbini əlaçı kimi bitirib. Riyaziyyat fənnində daha çox fərqlənməsinə baxmayaraq, anasının təkidi ilə tibb ixtisasını seçib, amma heç vaxt tibb işçisi kimi fəaliyyət göstərməyib.
Jurnalistika fəaliyyəti
Jurnalist fəaliyyətinə 2005-ci ildə ANS Press Nəşriyyat Evində başlayıb. İlk olaraq İstiot jurnalında xüsusi müxbir, sonra isə Elman jurnalında redaktor vəzifəsində çalışıb. Daha sonra Azərbaycanda çap olunan bir neçə jurnalda baş redaktor kimi fəaliyyət göstərib, buraya "Röya", "Dostum" və "Royal" uşaq dərgisi də daxildir..
2003-cü ildən etibarən yerli estrada müğənnilərinə mahnılar yazmağa başlayıb və jurnalistikada ilk məqalələri daha çox şou-biznes, mədəniyyət və musiqiyə aid olub. Bu dövr ərzində Azərbaycan musiqi mədəniyyətindəki çatışmazlıqları və problemləri tənqid edən yazıları ilə məşhurlaşıb.
2010-cu ildən sonra daha çox ictimai-siyasi mövzularda tənqidi araşdırma yazıları ilə diqqət çəkib. Əsasən məmur özbaşınalığı və siyasi təhlillərlə bağlı məqalələr yazan jurnalist tez-tez Baş Prokurorluq, DİN və DTX tərəfindən təzyiq və təqiblərə məruz qalıb.
2020-ci ilin əvvəlində Çindən Azərbaycana yayılan COVID-19 pandemiyası ilə bağlı verdiyi xəbərdarlıqlarla gündəmə gəlmişdir. Öz tibbi biliklərinə əsaslanaraq, bu virusun ölkədə geniş yayılacağını bildirmiş, Baş Prokurorluq tərəfindən “panika yaymaqda” ittiham edilsə də, 3 gün sonra Nazirlər Kabinetinin sözçüsü onun dediklərini təsdiq edərək, ölkədə karantin rejiminin tətbiqinə başlanıldı.
Həmçinin Space radiosunda aparıcı, ANS Televiziyasında isə "Əslində Mən" və "Şokolad" verilişlərinin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.
Lider tvdə yayımlanan "Lift" realiti şousunun ikinci sezonunun və "Super kimdir?" verilişinin baş redaktoru və layihə rəhbəri olub.
Bir neçə xəbər saytına - 1xeber.com, hafta.az, zovvq.az, big.az-a baş redaktor olaraq rəhbərlik edib və ölkədə baş verən mühüm hadisələri işıqlandırıb.
Tənqidi yazılarına görə məhkəmə çəkişmələri ilə də gündəmdə olub. Müğənni Flora Kərimova tənqidi yazısına görə onu məhkəməyə versə də, Ülviyyə Alovlu məhkəməni udmuşdu
Flora Kərimova ayrı-ayrı vaxtlarda Azərbaycan dilini və türk paşaları - Ənvər paşa və Nuri paşanı təhqir etdiyi üçün onu kəskin tənqid etmişdi.
Flora Kərimovanı məhkəməyə verən ilk jurnalist olub.
Daha bir məhkəmə çəkişməsi isə ictimai fəal Bəxtiyar Haciyevlə bağlı olub . Ülviyyə Alovlunun pişiyini oğurlayan Bəxtiyar Hacıyev, pişiyi verməmək üçün onu sosial şəbəkələrdə dəfələrlə təhqir etmiş, nəticədə jurnalist onu məhkəməyə vermişdir.
Yaradıcılığı
Həm nəsr, həm də nəzm müəllifidir.
İlk şeirini uşaq yaşlarında yazıb. İlk şeiri "Звёздочка" olub.
Söz müəllifi olduğu ilk mahnı "Gecələr"olub.
Hazırda 100-ə yaxın mahnının söz müəllifidir. 2003-cü ildən etibarən görkəmli bəstəkarlarla, o cümlədən Eldar Mansurov, Emin Kərimi, İsa Məlikov və başqaları ilə əməkdaşlıq edib. Dəfələrlə "İln hit mahnısı" nominasiyasının qalibi olub. Bir neçə mahnının həm də musiqi müəllifidir.
"Şər qarışanda" qorxu filminin saundtreki "Bir gün gələr"in sözlərinin müəllifidir.
"Dərd etmə", "Gözəllik", "Yağ, yağış" kimi mahnıların həm söz, həm də musiqi müəllifidir.
2021-ci ildə "Bozbaş Pikcers" kimi tanınan "İlkmedia"nın istehsalı olan "Axırıncı yol" filmində Röya Ayxanın ifa etdiyi "Röyayam" mahnısı icazəsiz səsləndirilib. Mahnının sözlərinin müəllifi Ülviyyə Alovlu kommersiya xarakterli filmdə mahnının icazəsiz səsləndirilməsi, müəllifin adının qeyd olunmamasına görə məhkəməyə müraciət edib. Proses şairənin xeyrinə başa çatıb və onun "İlkmedia" şirkətinə qarşı 8 min manat təzminat tələbi təmin edilib.
Mahnıları
Sözlərini yazdığı və məşhur sənətçilər tərəfindən ifa olunan bəzi mahnılar:
- Röya – "Röyayam", "Sonsuz sevgi", "Fərəh", "Axtarma, sevgilim"
- Səməd Səmədov "Sənlə"
- Rəhim Rəhimli – "Ay, ay, ay", "Yetər"
- Gülay Zeynalova – "Azərbaycan qızıyam", "Aman, Allah"
- Niyam Salami – "Karusel" "Yandır yax", "Subaylıq sultanlıq", "Gəl"
- Emil Bədəlov – "Çərxi-fələk xan", "Nuray"
- Ramal İsrafilov – "Yalan deyir", "Sənsiz səninləyəm", "Yağışım", "Siqaret", "Rəqs etsək", "Aydanə", "Taksi", "Hədiyyəm"
- İlhamə Qasımova – "Bir gün gələr"
- Elnur Məmmədov – "Öp"
- Natəvan Həbibi "Taksi"
- Nigar Muharrem "Yalan deyir"
- Səbinə "Sevgilənmişəm"
- Zarina Məmmədova "Kaş"
- Nazənin "Gəldi bahar"
- Aslan Hüseynov "Dostum"
- Mina "İnad etmə"
- Bagira "Gecələr", "Könlümə yar ol", "Şən qızam"
- Sevər İbrahim "Karusel"
- İlahə "Ərə getmirəm"
- Şahin Quliyev "Subaylıq"
- Nicat Şıxəliyev "Yalan deyir"
- Nihad Orucov "Yalan deyir"
- Babak Afşari "Yalan deyir"
- İrada İsakova "Ad günü"
Hazırda "Mən heç uşaq olmadım" adlı şeirlər kitabını çap etdirməyə hazırlaşdır və "Sehrli alov" adlı mistik romanı üzərində çalışır.
Ən qısa hekayəsi "Kimdir bəxtəvər?" adlanır.
Həmçinin bax
- Xırdalanda doğulanlar