Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin caprifoliaceae fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Keçi doqquzdonu

Vikipediya, azad ensiklopediya
Keçi doqquzdonu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Fırçaotuçiçəklilər
Fəsilə:
Caprifoliaceae
Yarımfəsilə:
Caprifolioideae
Cins:
Doqquzdon
Növ:
Keçi doqquzdonu
Beynəlxalq elmi adı
  • Lonicera caprifolium L., 1753

Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin caprifoliaceae fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Təbii yayılması

Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır.

Botaniki təsviri

Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4–10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2–3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır. Bir çiçəyin ömrü 3–4 gündür, ümumiyyətlə, çiçəkləmə təxminən 3 həftə davam edir. Uzun erkəkcikləri dəstələrə yığılmışdır və yuxarı birləşən yarpaqların qoltuqlarında yerləşir, içərisi ağ və ya sarımtıl, üstü al-qırmızı çalarlı və ya bənövşəyi-qırmızı zolaqlıdır. Arılarla tozlanır. Dörd yaşından hər il meyvə verir. Meyvələri tədricən iyulun ikinci yarısından-avqustun birinci yarısına qədər yetişir. Narıncı-qırmızı giləmeyvələri çox qısa saplaqlarda elə bil yarpağa bitişmişdir. 50 il və daha çox yaşayır. Toxumlarla, qələmlərlə, zoğlarla çoxaldılır.

Ekologiyası

Qışda birillik zoğları donur, ancaq tez bərpa olunurlar.

Azərbaycanda yayılması

Kiçik və Böyük Qafqazda meşə və kolluqlarda təsadüf edilir.

İstifadəsi

Yaşıllaşdırmada, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.

Həmçinin bax

Üst